skip to Main Content
Badam Medical Center

Təcili hallar

 

Xaya burulması (testis torsiyası) — TƏCİLİ

Xayada qəfil güclü ağrı təcili haldır — ilk 6 saat xayanın xilası üçün həlledicidir. Təcili qiymətləndirmə və cərrahi müdaxilə. Şübhə varsa, dərhal müraciət edin:

Parafimoz — TƏCİLİ

Sünnət dərisinin geri çəkilib sıxması (parafimoz) təcili müdaxilə tələb edir. Gecikdikdə qan dövranı pozulur. Təcili reduksiya və sonrakı müalicə planı.

Cinsiyyət üzvü və sünnət dərisi

 

Uşaqlarda sünnət

Steril şəraitdə, ağrısız üsulla sünnət əməliyyatı. Avropa (FEAPU) sertifikatlı uşaq uroloqu tərəfindən icra olunur. Sürətli sağalma, estetik nəticə.

Gömülü (Batıq) penis

Gömülü (buried) penisin qiymətləndirilməsi və cərrahi korreksiyası. Sünnətdən əvvəl düzgün diaqnoz vacibdir — yanlış sünnət vəziyyəti ağırlaşdıra bilər.

Sünnət Xətaları

Əvvəlki sünnətdən sonra qalan problemlərin (artıq dəri, az dəri, asimmetriya, yapışıqlıq, meatal stenoz) cərrahi korreksiyası. Estetik və funksional nəticəyə yönəlmiş fərdi yanaşma.

Fimoz müalicəsi

Fimozun konservativ və cərrahi müalicəsi. Hansı halların normal, hansıların müdaxilə tələb etdiyini müəyyənləşdirən peşəkar qiymətləndirmə.

Hipospadiya cərrahiyyəsi

Hipospadiyanın bütün formalarının müasir üsullarla korreksiyası. Beynəlxalq təcrübə (Türkiyə, Danimarka, Belçika, ABŞ – University of Chicago) əsasında fərdi cərrahi yanaşma.

Meatal stenoz

Sidik dəliyinin daralmasının (incə/yuxarı yönəlmiş sidik axını, işəmə zamanı ağrı) diaqnostikası və meatotomiya ilə müalicəsi. Çox vaxt sünnətdən sonra rast gəlinir.

Balanit və penil yapışıqlıqlar

Sünnət dərisinin iltihabı (balanit/balanopostit), smegma toplanması və yapışıqlıqların müalicəsi. Valideynlərə düzgün gigiyena qaydalarının öyrədilməsi ilə.

Uşaq andrologiyası konsultasiyası

Oğlan uşaqlarında genital inkişaf, xaya problemləri və yeniyetmə dövrü ilə bağlı bütün suallar üzrə Avropa sertifikatlı mütəxəssis konsultasiyası.

Xaya problemləri

 

Kriptorxizm

Enməmiş xayanın vaxtında diaqnostikası və orxiopeksiya əməliyyatı. Erkən müdaxilə gələcək fertilliyin qorunması üçün vacibdir. EAU/ESPU rəhbər tövsiyələrinə uyğun yanaşma.

Qasıq yırtığı (inquinal herniya)

Uşaqlarda qasıq yırtığının cərrahi müalicəsi. Yırtıq özbaşına keçmir — boğulma riskinə görə vaxtında əməliyyat vacibdir. Avropa sertifikatlı uşaq uroloqu tərəfindən az invaziv üsulla, eyni gün evə yazılmaqla.

Hidrosele (xaya ətrafında maye)

Uşaqlarda hidroselenin qiymətləndirilməsi və müalicəsi. 1-2 yaşa qədər çox vaxt öz-özünə sorulur — hansı halların izlənməli, hansıların əməliyyat olunmalı olduğunu dəqiq müəyyənləşdiririk.

Kord kistası (funikulosele)

Toxum ciyəsi kistasının diaqnostikası və müalicəsi. Qasıq nahiyəsində şişkinliyin səbəbinin dəqiqləşdirilməsi (yırtıq, hidrosele və ya kista) USM ilə aparılır, müalicə taktikası fərdi seçilir.

Retraktil xaya

Utancaq  xayanın qiymətləndirilməsi. Retraktil xaya əməliyyat tələb etmir, lakin illik izləmə vacibdir — yuxarı qalxma (ascending testis) riskinə görə.

Varikosele müalicəsi

Yeniyetmələrdə varikoselenin qiymətləndirilməsi və müasir cərrahi müalicəsi. Avropa Urologiya Assosiasiyasının rəhbər tövsiyələri əsasında fərdi qərar.

Xaya kütlələri

Xayada şişkinlik və ya kütlənin təcili qiymətləndirilməsi. USM və lazımi analizlərlə dəqiq diaqnoz, müalicə taktikasının fərdi müəyyənləşdirilməsi.

Böyrək və sidik axarı

Hidronefroz

Uşaqlarda hidronefrozun diaqnostikası. Doğuşdan öncə aşkarlanan hallarda valideyn məsləhəti.

UP darlıq müalicəsi

Uşaqlarda hidronefroza səbəb olan böyrək ləyən sidik axarı birləşməsinin darlığı diaqnostikası, izlənməsi və pieloplastika (Anderson-Hynes) əməliyyatı.

Vezikoureteral reflyuks (VUR)

Uşaqlarda sidik kisəsi sidik axarı və böyrəklərə geri qayıtmasının (reflyuksun) diaqnostikası və cərrahi müalicəsi. Təkrarlanan sidik yolu infeksiyalarının səbəbinin araşdırılması.

Megaureter

Sidik axarının anadangəlmə genişlənməsinin diaqnostikası və izlənməsi. Halların çoxu izləmə ilə yaxşılaşır — əməliyyat ehtiyacını dəqiq meyarlarla müəyyənləşdiririk.

Posterior uretral klapan (PUV)

Oğlan uşaqlarında uretra klapanının endoskopik müalicəsi və uzunmüddətli böyrək funksiyası izlənməsi. Doğuşdan öncə şübhələnilən hallarda erkən konsultasiya kritik əhəmiyyət daşıyır.

Ureterosele

Sidik axarının kisə daxilində kistoz genişlənməsinin diaqnostikası, endoskopik və rekonstruktiv müalicəsi. İkiləşmiş böyrək sistemləri ilə birgə hallarda kompleks yanaşma.

Böyrək kistaları və MCDK

Uşaqlarda böyrək kistalarının və multikistik displastik böyrəyin qiymətləndirilməsi. Hansı kistaların zərərsiz, hansıların izlənməli olduğunun dəqiq müəyyənləşdirilməsi.

Antenatal (doğuşdan öncə) konsultasiya

Hamiləlik USM-də aşkarlanan böyrək genişlənməsi, kista və digər uroloji tapıntılar üzrə valideyn məsləhəti. Doğuşdan sonrakı müayinə planının öncədən qurulması.

Digər

 

Neyrogen sidik kisəsi

Spina bifida və digər nevroloji hallarda sidik kisəsi funksiyasının qiymətləndirilməsi və idarəsi. Böyrəklərin qorunmasına yönəlmiş uzunmüddətli izləmə proqramı.

Sistoskopiya (uşaqlarda)

Uşaqlarda sidik kisəsi və uretranın endoskopik müayinəsi. Diaqnostik və müalicəvi (klapan ablasiyası, ureteroselenin kəsilməsi və s) məqsədlə, anesteziya altında təhlükəsiz icra.

Qızlarda labial sinexiya

Kiçik cinsiyyət dodaqlarının yapışmasının (sinexiya) müalicəsi.

Back To Top