Uşaqlarda Hidrosele

Hidrosel (xaya hidropsu, xayada su yığılması)

Hidrosele, xaya kisəsində mayənin yığılması ilə əlaqədar bir vəziyyətdir. Bu, xaya kisəsinin şişməsinə və genişləməsinə səbəb olur. Hidrosele əsasən uşaqlarda baş verir, lakin yetkinlik yaşındaki kişilərdə də görülə bilər. Uşaqlarda hidroselə əsas səbəb, anadangəlmə qasıq kanalındaki keçidin açıq qalması səbəbiylə qarın boşluğundaki mayənin xaya kisəsinə keçməsidir.

Hidrosele tunika vaginalisin parietal və visseral təbəqələri arasında mayenin yığılmasıdır. Birincili və ikincili hidrosele ola bilir. Birincili hidroselin patogenezi ikincili hidroseldən fərqli olaraq peritonun yataq çıxıntısının (prosesus vaginalisin) anadangəlmə açıq qalması səbəbiylədir. Peritonun yataq çıxıntısının tamamən bağlanmaması (processus vaginalisin natamam obliterasiyası) müxtəlif növ əlaqəli hidroselenin əmələ gəlməsi ilə nəticələnir; qarın daxili orqanlarının bu açıq prosesus vaginalisdən xaricə çixması qasıq yırtığı ilə nəticələnir.

Kord Kistası, peritonun yataq çıxıntısının tam obliterasiyası baş verərsə lakin orta hissəsi açıq qalırsa kordun kistası meydana gəlir.

Hidroselenin Diaqnozu

Hidroselenin diaqnozu anamnez və fiziki  müayinə ilə qoymaq mümkündür. Skrotumun transilluminasiyası (ışıq testi) diaqnozda kömək edir (nəzərə alınmalıdır ki, maye ilə dolu bağırsaq və bəzi prepubertal törəmələr də transilluminasiya edə bilər). İntraskrotal şişin xarakteri ilə bağlı (qasıq yırtıqları, epididimioorxit, törəmə, xaya burulması və s.)hər hansı bir şübhə varsa, skrotal ultrasəs müayinə edilməlidir. Ultrasəs müayinə, xüsusilə skrotal rəngli doppler usm hə xayaların və xaya artımlarının ölçüləri, inkişafı və vəziyyəti haqqında məlumat əldə etmək üçün istifadə olunur.

Hidroselenin müalicəsi

Körpələrin əksəriyyətində peritonun yataq çıxıntısının öz-özünə bağlanması nəticəsində hidrosele düzəldiyi üçün ilk 12-24 ay  əməliyyatsız müşahidə altında saxlanılır. Lakin əgər hidroselenin ölçüsü böyükdürsə, abdominoskrotal hidroseledirse, kord kistasıdırsa (toxum ciyəsinin sistiti) o halda daha tez əməliyyat qərarı verilə bilər.

Hidroselenin iynə vasitəsiylə boşladılması, hidroselenin təkrarlanmasına, həmçinin infeksiya ehtimlı  artırdığından ,həmçinin  xaya və  xaya artımlarının zədələnmə təhlükəsi olduğundan məsləhət görülmür.

Hidrosele  əməliyyatı

Hidrosele  əməliyyatı həm açıq həm də laparoskopik icra edilir. Açıq əməliyyat qasıq nahiyyəsindən 2 cm kəsiklə icra edilir. Açıq olan periton yataq çıxıntısı bağlanılır və xaya qişaları arasındakı maye boşaldılır. Yara estetik öz-özünə əriyən tikişlərdən istifadə edilir. Əməliyyat təxmini 30-45 dq çəkir və əməliyyatdan sonra uşaq eyni gün evə yazılır. 3 gün sonra yara yerinə baxış üçün kontrola çağrılır.

Əlaqəsiz Hidrosele (non-communicating)

Hidrosele  qarış boşluğu ilə əlaqəli və ya əlaqəsiz ola bilir. Əlaqalə hidrosele körpələrdə və uşaqlarda görülür, anadan gəlmədir.Xaya ətrafındaki tunika vaginalisin parietal və visseral təbəqələri arasında mayenin ifrazı və təkrar sorulması arasında balanssızlıq varsa qarın boşluğu ilə əlaqəsiz hidrosele əmələ gəlir. Əlaqəli olmayan hidrosele kiçik xaya travması, xayaların burulması, epididimit, varikosel əməliyyatı (limfa damarlarının bağlanması səbəbindən) ikincili kimi görünə bilər.

Hidrosele nədir? (vodyanka və ya xayalığa su yığılması) neçə yaşında əməliyyat olunmalı?