Fimoz

Pülüyün (sünnət dərisinin) dar olmasına fimoz deyilir. Anadangəlmə uşaqlarda fizyoloji fimoz olur. Qazanılmış fimoz isə balanopostit sonrası əmələ gələ bilər. Bəzən fimoz zamanı uşaq sidik xaric edə bilmir, ya da çətinliklə edir. Pülük dərisinin xarici dəliyi həddindən artıq daraldıqda sidiye getmə zamanı, sidik xaricə çıxmadan dəri altında toplanır və cinsiyyət üzvü şişir.

Fizyoloji fimoz zamanı müalicəyə ehtiyac yoxdur, yaş artdıqca pülük və cinsiyyət üzvünün arasındaki yapışıqlıq açılır. Beş yaşına qədər uşaqların 75%-də normal olaraq bu yapışıqlıq ola bilər. Zaman içərisində bu nisbət azalır və sünnət dərisi penisdən ayrılır. Əgər fimoz zamanı şikayətə səbəb olursa və konservatif müalicə nəticə vermirsə, fimozu rahatlatmaq üçün kiçik kəsi tətbiq edilir ya da sünnət edilir.

Fimozun Müalicəsi

  • Topikal steroidli mərhəmlərlə müalicə
  • Cərrahi düzəltmə ya da sünnət