Hipospadiya

Əlamətləri və Cərrahiyyəsi

Hipospadiya (hipospadias, peyğəmbər sünnəti) sidik dəliyinin penisin daha aşağı səviyyəsində yer almasına verilən addır. Bu dəlik ilə cinsiyyət üzvün ucu arasındakı məsafədə sidik kanalı (üretra) tam formalaşmamışdır. Hipospadiya sidik kanalının anatomik quruluşunun anadangəlmə inkişaf qüsurudur. Buna anadangəlmə sünnətli ya da yarım sünnətli də deyilir.

Hipospadiyalı uşaqlarda adətən 3 problem görülür. Hipospadiyanın düzəltmə əməliyyatında bu 3 problem mütləq nəzərə alınmalıdı

  • Sidik dəliyinin aşağıda yerləşməsi
  • Sunnət dərisinin ön tərəfdə qüsurlu olması (yarım sünnətli)
  • Cinsiyyət üzvünün əyriliyi (penil kordi)

Hipospadiya Nə Sıxlıqda Görülür?

Uşaq urologiya praktikasında ən sıx rast gəlinən anomaliyalarındandır. Hər 250 doğulan oğlan uşağından birində görülür. Distal hipospadiya adlandırılan növü (penis ucuna yaxın olanlar) daha sıx görülür. Ailədə qardaş və ya atada hipospadiyanın varlığı yeni doğulan uşaqda görülmə riskini artırır. Həmçinin süni mayalanma nəticəsində doğulan uşaqlarda da görülmə sıxlığı bir miqdar daha çox olduğu bilinir.

Hipospadiyanın Diaqnozu Necə Qoyulur?

Uşaq doğulduğu zaman diqqətli müayinə ilə diaqnoz asanlıqla qoyula bilər. Sidik dəliyinin aşağı səviyyələrdə yer alması və sunnət dərisinin ön tərəfdə qüsurlu olması diaqnoz qoymada kifayətdir. Bundan əlavə xəstələrinin 10% də kriptorxizm (enməmiş xaya) və 15%də inguinal herni (qasıq yırtığı) ola bilər. Xüsusilə daha da aşağda yer alan hipospadiyalılarda (xayalıq forma hipospadiya) enməmiş xaya görülmə ehtimalı daha çoxdur.

Hipospadiya Təsnifatı

Sidik dəliyinin yerləşdiyi yerə görə təsnifatı mövcutdur. Uretranın xarici dəliyinin yerləşməsi səviyyəsindən, əyriliyin olub olmamasından asılı olaraq hipospadiyanın müxtəlif formaları təsadüf olunur.

Distal Hipospadiya: Cinsiyyət üzvü başına yaxın hissəsində yer alan sidik dəliyi varsa distal hipospadiya deyilir.

  • Cinsiyyət üzvünün başının tac şırımın hipospadiyası
  • Tac şırımı səviyyəsində hipospadiya

Midpenil Hipospadiya: Cinsiyyət üzvünün cisminin hipospadiyası – uretranın xarici dəliyi penisin gövdəsində yerləşir.

Daha aşağı hissədə yer alan proksimal hipospadiyalar:

  • Xayalıq forma hipospadiya
  • Aralıq forma hipospadiya

Xayalıq və aralıq formalı hipospadiyalarda sidik dəliyi aralanmış xaya yarıqları arasında yerləşir və bu uşaqların sidiyə xaric olması qızlarda olduğu kimidir. Bu uşaqlar ayaqda sidiyə gedə bilmir.

Cinsiyyət üzvünün əyriliyi

Cinsiyyət üzvünün sərtləşmə halında əyriliyə Kordi (Penis əyriliyi, Chordee) deyilir. Hipospadiya anomaliyası nə qədər ağırdırsa, yəni sidik dəliyi penis ucundan nə qədər uzaqdırsa, əyrilik daha çox olur. Bəzi hallarda sidik dəliyi cinsiyyət üzvünün baş hissəsinə açılmasına baxmayaraq, cinsiyyət üzvü aşağıya əyilmiş olur. Buna Hipospadiyasız Hipospadiya da deyilir. Hipospadiya cərrahiyyəsində müalicənin ən əsas hissələrindən biri də bu əyriliyin düzəldilməsidir.

Hipospadiyanın Səbəbi Nədir?

Səbəbi dəqiq məlum deyil. Ana bətnində hormonal siqnalların anormal olması buna səbəb ola bilər, məhz buna görə hormonlardan istifadə edilən suni mayalanma müalicələrdə uşaqlarda hipospadiya görülə bilər.

Hipospadiyanın Müalicəsi Nə Vaxt Aparılmalıdır?

Əməliyyat üçün ən uyğun yaş 6-18 ay arasıdır.

Hipospadiya mütləq əməliyyat olunmalıdır mı?

Hipospadiya əməliyyat olunmaz isə;

  • Cinsiyyət üzvünün qeyri-təbii, kozmetik olmayan görünüş
  • Ereksiya zamanı cinsiyyət üzvü əyildiyindən cinsi əlaqə mümkün olmur
  • Sonsuzluq, spermanın iləri atılıb uşaqlıq yolunun arxa divarına çata bilmədiyindən
  • Sidik ifrazı çətinləşməsi və ayaqda sidiyə gedə bilməmə kimi problemlər

Hipospadiya Əməliyyatında Məqsəd Nədir?

  • Sidik axarını yəni uretra xarici dəliiyini uca getirmək
  • Cinsiyyət üzvünün əyriliyini düzəldib ereksiya halında düz penis əldə etmək
  • Uşağın ayaqda sidik ifrazını təmin etmək
  • Hipospadiyanın verəcəyi psixoloji təsirlərdən qorumaq və özgüvəninə təsir etməyəcək kozmetik nəticə əldə etmək

Hipospadiya Əməliyyatı necə aparılır?

Hipospadiya əməliyyatları bir vəya iki mərhələdə aparılır. Əksər halda distal və midpenil hipospadiyalar bir əməliyyat ilə müalicə edilir. Lakin əgər cinsiyyət üzvünün əyriliyi ciddidirsə, bu halda gələcəkdə əyrilik problemi yaşamamaq üçün qüsur iki mərhələdə düzəldilir. Birinci mərhələda cinsiyyət üzvü düzləşdirilir, varsa enməmiş xaya yerinə endirilir. Əməliyyatın ikinci mərhələsi isə 4-6 ay sonra tədbiq edilir və uretra, sidik kanalı bərpa edilib sidik dəliyi cinsiyyət üzvünün başına gətirilir.

Hipospadiya şəkilləri üçün bu səhifəyə keçin

Hipospadiya əməliyyat videosu:

Aksiya davam edir!

Uşağınızda hipospadiya varsa həkimdən ödənişsiz muayinə randevusu alın!

050 444 3035

Uzman Dr.Pərviz Hacıyev kimdir?

2009-cu ildə Ankara Universitetinin Tibb Fakültəsini bitirən Dr.Pərviz Hacıyev, 2015-ci ildə Ankara Üniversitetində Urologiya üzrə Uzmanlıq təhsilini tamamlamışdır. 2019-cu ildə 3 illik Uşaq Urologiyası Yan Dal təhsilini bitirərək Uşaq Urologiyası Uzmanı ünvanını almışdır. 2013 və 2014-cü illərdə Avropa Uşaq Urologiyası Konqreslərində (ESPU) ən yaxşı araşdırmalar üzrə 2 dəfə üst üstə birinci yerə layiq görülmüşdür. 2019-cu ildə Belçikada keçirilən Avropa Uşaq Urologiyası Bordunun imtahanlarını verərək FEAPU (Avropa Uşaq Uroloqu) titulunu almışdır.
Op.Dr.Pərviz Hacıyev uşaqlarda sidik qaçırmaları, anadangəlmə urogenital anomaliyalar, hipospadiya, epispadiya, kriptorxizm, sünnət xətaların düzəldilməsi, hidronefroz və hidronronefroza səbəb olan xəstəliklərin tibbi və cərrahiyəsi üzrə ixtisaslaşmışdır.

Hipospadiya üçün Pulsuz muayinə: 050 444 30 35