Uşaqlarda və Yeniyetmələrdə Penisin Ölçüsü, və Mikropenis

Uşaqlarda və Yeniyetmələrdə Penisin Böyüməsi və Ölçüsü

Normal Penis Ölçüsü nə qədər olmalıdır və Yetkinlik dövründə cinsiyyətin inkişafı hansı yaşlarda başlayır?

Cinsiyyət üzvü hansı yaşlarda böyüyür?

Yeniyetməlik, yetkinlik dövrünün başlanğıcı ilə bağlı böyümə sürəti və digər dəyişikliklərin baş verdiyi dövrüdür. Əsas cinsi yetkinlik dəyişiklikləri arasında xayaların və penisin böyüməsi görülür. Bu dəyişikliklər, müxtəlif insanlar üçün müxtəlif sürətdə və yaşlarda baş verir. Cinsi məlumatlılıq artdıqca penis ölçüsü ilə bağlı narahatlıqlar dərinləşə bilər. Nə gözlədiyini bilmək – və “ortalama” penis ölçüsünün əslində nə demək olduğunu bilmək narhatcılığın azaltmağına kömək edə bilər. Valideynlər cinsiyyət üzvünün normal inkişafı ilə bağlı faktları bilməli, anlamalı və uşaqları ilə bölüşməlidirlər.

Cinsi İnkişaf Mərhələləri

Yetkinliyin başlanğıcı: 9-14 yaş
İlk pubertal dəyişiklik: Xayaların böyüməsi
Penis böyüməsi: Testislər yetişməyə başladıqdan təxminən bir il sonra
Qasıq tüklərinin inkişafı: 13-14 il
Digər dəyişikliklər (üzdəki tüklər, qalın səs və sızanaqlar): 15 il

Penis uzunluğuğun maksimum böyümə dövrü təxminən 12 ilə 16 yaş arasında baş verir. 10 yaşa qədər ortalama penis uzunluğu 5 sm-dən az olmaqdadır.

Aşağda penisin yaşa görə böyümə dinamikası qeyd olunub:

mikropenis

Penis yetkinlik dövründə böyüməyə davam edir. Ancaq bunun dəqiq vaxtı hər bir insan üçün fərqlidir. Yetkinlik başa çatdıqda, penis böyüməsi yavaşlayır və dayanır. Bununla belə, ümumilikdə götürdükdə, 18-19 yaşa qədər cüzi əlavə artım gözləmək olar.

Mikropenis nədir?

Yeni doğulmuşda cinsiyyət üzvünün gərilmiş (stretched length) ölçüsünün 2 – 2,5 sm-dən az olmasına mikropenis deyilir.

Həqiqi mikropenis çox nadirdir, dünya üzrə insanların təxminən 0,6-1%-də aşkar edilir.

Mikropenisin səbəbi nədir?

Mikropenis 14-cü həftədən sonra  ana bətnində baş verən hormonal anomaliyaların səbəb olduğu bilinir. Bu hormonal problemə səbəb ola biləcək bir çox xəstəlik var. Bu xəstəliklərin əksəriyyəti sadəcə bir xəstəlik deyil, sindrom şəklində digər əlavə xəstəliklərlə birlikdə görülür və testosteron hormonunun yetərli ifraz olunmaması və ya cinsiyyət bölgəsindəki reseptorlara həssaslıq problemi mikropenisə səbəb olur. Bu səbəblə mikropenis olan uşaqları başqa xəstəliklərə görə də diqqətlə dəyərləndirilməlidir.

Həqiqi mikropenis varsa hansı analizlər edilir?

Mikropenis şübhəsi varsa mütləq mütəxəsis tərəfindən dəyərləndurilməldir və bəzi analizlər istənilə bilər, bunlar; karyotip analizi, şəkər, kortizol və böyümə hormonu səviyyələri,bəzi elektrolitlər, tiroid funksiyaları və bəzən hipofiz vəzinin MR müayinəsi. Xayaların funksiyasına LH, FSH və testosteronun ölçülməsi ilə baxılır. Bəzi hallarda əlavə testlər də tətbiq olunur.

Mikropenis və gömülən cinsiyyət üzvü

Gömülən cinsiyyət üzvü,  qasıq nahiyəsində  dəri altı piy toxumaları tərəfindən gizlənilən penisə deyilir, kənardan baxıldıqda kiçik görünən penisdir, halbuki əksər halda cinsiyyət üzvü normal ölçüdə olur. Gömülmüş cinsiyyət üzvü gizli penis kimi də adlandırılır. Əksər halda həqiqi kiçik penis (mikropenis) ilə qarışdırılır. Gizlənmiş yəni gömülən penisdə; penis olçüsü kiçik deyil, tamamilə normal ölçülüdür, yalnız penis ətrafdakı piy toxumaları və dəri tərəfindən gizlidir.

Gomük penis halında isə düzgün icra olunan sünnət və düzəltmə əməliyyatı ilə penis ortaya çıxarılır. Normal görünüş əldə edilir.

 

Gömülən cinsiyyət üzvü və Mikropenis müalicəsinin məqsədi nədir?

Normal cinsi və ifrazat funksiya qabiliyyətinin əldə edilməsi, uşağın özünə inamına mane olan psixoloji təsirindən qorunması.

Erkən diaqnoz, körpəlikdə və ya erkən uşaqlıqda, effektiv müalicə üçün vacibdir. Əgər gömülən cinsiyyət üzvüdürsə düzgün əməliyyat ilə normal görünüş əldə edilir. Əgər hormon çatışmazlığı əsas səbəbdirsə, hormon əlavələri böyüməyi sürətləndirməkdə təsirli ola bilər.

Qisaca

Mikropenis əksər halda gömülən cinsiyyət üzvü, düzgün icra edilməyən sünnətlə əlaqəli olmaqla yanaşı, həqiqi mikropenisə səbəb testosteron hormonunun yetərli ifraz olunmaması və ya cinsiyyət bölgəsindəki reseptorlara həssaslıq problemidir. Bu araşdırmalı, müayinə edilməli və həqiqətən mikropenis varsa, uyğun müalicə üçün pasiyent yönləndirilməlidir

Mənbələr