Sidiklik-sidik axarı reflyuksu – Vezikoureteral reflyuks

Vesikoureteral reflyuks nədir? (Sidiklik-sidik axarı reflyuku)

Normalda, işəmə zamanı sidiyin kisədən bir istiqamətə axmasına imkan verən mexanizmalar var. Sidiklik-sidik axarı reflyukunda, bu mexanizmin hər hansı bir səbəbdən pozulduğu üçün işəmə zamanı sidik axarına və/və ya böyrəklərə sidiyin geri qaçması müşahidə olunur. Yəni sidik axarı reflyuksu sidiyin sidik kisəsindən sidik axarına və böyrəyə geri qaçmasına verilən addır.

Sidiklik-sidik axarı reflyuku nə qədər sıxlıqda görülür?

Uşaqların təqribən 1% də sidik axarı reflyuksu görülür. Ancaq sidik yolları infeksiyası olan uşaqlarda bu nisbət daha yüksəkdir. Məsələn, yüksək qızdırmalı sidik yolları infeksiyası olan 1 yaşdan kiçik uşaqlarda bu nisbət 40%dən yüksəkdir. Görülmə tezliyi yaşla azalır.

Sidiklik-sidik axarı reflyuku özünü necə göstərir? Əlamətləri nələrdir?

Ən çox özünü tez-tez və təkrarlanan sidik yollarının infeksiyaları olaraq göstərir. Lakin Andangəlmə Hidronefrozun araşdırılması nəticəsində də aşkar edilə bilər.

Sidik axarı reflyuksu nə kimi problemlərə səbəb ola bilər?

Sidik axarı reflyuksu, sidik kisəsindəki bakteriyaların böyrəyə, yəni yuxarı çixmasına səbəb olur, və böyrəkdə yapişan bakteriyalar çoxalaraq böyrəyin infeksiyasına səbəb ola bilər, buna pielonefrit deyirik, bu infeksiyalar da boyrəklərdə qalıcı zədəyə, yaralara səbəb ola bilər. Bu da gələcəkdə böyrək catişmazlığına qədər gətirib cixara bilər.

Sidik axarı reflyuksun diaqnozu necə qoyulur?

Sidik axarı reflyuksun diaqnozu qoymaq üçün işəmə sistoqrafiyası çəkilməlidir. Buna voiding sistouretroqrafiya da deyilir. Sistoqrafiyada uşağa sidik kisəsinə kateter yerləşdirilir və sidik kisəsinə xüsusi kontrast maddə verilir, və rentgendə baxılır. Əgər uşaqda sidik axarına reflyuks var isə, bu kontrast maddə sidik axarına doğru geri qaçırsa bunu rentgendə görmək olur və sidik axarı reflyuksu diaqnozunu qoyulur.

Uşağı lazımsız şualanmadan qorumaq üçün və bu stresi yaşadmamaq üçün ancaq ehtiyac varsa və düzgün qərar verərək sistoqrafiya çəkilməlidir.

Hansi hallarda sistoqrafiya çekilməlidir?

İşəmə sistoqrafiyası ancaq yüksək hərarətli sidik yolları infeksiyasl geçirən və reflyuksdan şüphələnilən hallarda  həkim qərarı ilə çəkilməlidir. Lazımsız yerə şüa verməmək üçün hər uşaq individual dəyərləndirilməlidir. Yəni pielonefrit geçirən uşaqlarda, infeksiyanın düzgün seçilən antibiotiklə müalicəsindən və sidik yolları bakteriyalardan təmizləndikdən sonra çəkilməlidir.

Bundan əlavə olaraq yüksək hərarətli sidik yolları infeksiyası və reflyuks varlığı böyrəklərə zərər verə biləcəyi üçün infeksiya sonrası böyrəklərdə skar yəni çapıq(yara) varmı onu anlamaq üçün, infeksiyadan 3-6 ay sonra böyrək ssintiqrafiyası çəkilir, buna DMSA deyirik. Böyrəklərdə çapığın olub olmaması bizi sidik axarı refluyuksu olan uşağa yanaşmamasıza, yani mualicə seçiminə təsir edə bilər. Böyrəklərdə skar, çapıq olmayan uşaqlarda daha çox gözləmə yoluna seçilə bilər, amma böyrəklərdə skar yəni yaralara səbəb olan sidik yolları infeksiyalı uşaqlarda əməliyyat daha ön planda ola bilər.

Sidik Axarı Reflyuksu Dərəcələri

Sidiklik-sidik axarı reflyuksun (VUR) dərəcəsi, reflyuksun sidik axarı və böyrəyə geri qalxması səviyyəsinə və sidik axarının genişləmə dərəcəsinə görə təsnifatlandırılır. 1-ci (yüngül) dərəcədən 5-ci (ağır) dərəcəyə görə təsnifatı mövcuddur.

Sidiklik-Sidik axarı Reflyuksun Dərəcələndirilməsi

Sidik axarı Reflyuksu necə müalicə edilir?

Sidik axarı reflyuksun  müalicəsində və cərahiyyəsində diaqnozunda olduğu kimi avropa və amerikada tətbiq edilən protokollara və elmi esaslara dayanaraq müalicə üsulu seçilməlidir.

Qoruyucu antibiotik  ilə gözləmə

Sidik axarı refluyuksu 5 yaşına qədər öz özünə düzələ vəya dərəcəsi azala bilmə ehtimalı olan xəstəlikdir. Bu səbələ reflyukslu kiçik yaşlı xəstələrə qoruyucu antibiotik verilərək gözləmək mümkündür. Gözləmə qərarını verdiyimiz uşaqlarda reflyuksun dərəcəsi və vəzyətini görmək üçün illik sistouretroqrafiya ilə  dəyərləndirə bilirik. Ancaq qoruyucu antibiotik müşahidəsi altında uşaq yüksək qızdırmalı sidik yollatı infeksiyası geçirirsə vəya reflyuks dərəcəsində düzəlmə vəya azalma yoxdursa o halda əməliyyata qərar veririk. Muasir yanaşmada, cərrahi olaraq reflyuksu qapalı endoskopik gel yeridilərək və ya açıq əməliyyat ilə sidik axarı reflyuksu düzəltmək mümkündür.

Qapalı endoskopik əməliiyyat minimal invaziv olub hər hansı bir kəsi olmadan uşaqlara uygun ölçüdə kiçik spesifik alətlər vasitəsyilə uşağın sidik kanalına daxil edilir və sidik axarı reflyuksun qarşısını almaq üçün xüsusi gel yeridilir. Bu üsul ilə əməliiyat olan xəstə eyni gün evə göndərilir. Daha yüksək dərəcəli reflyukslarda isə vəya daha əvvəl qapalı əməliyyat geçirən və reflyuksu davam edən uşaqlarda isə açıq əməliyyat ilə reflyuks  düzəldilir.

 Sidiklik-sidik axarı reflyuksun endoskopik korreksiyası (gel yeridilməsi)

 Sidiklik-sidik axarı reflyuksun açıq əməliyyatı

Referanslar :

  1. European Association of Urology – Pediatric Urology Guidelines
  2. Uptodate- Management of Vescioureteral Reflux
  3. American Academy of Pediatrics – Establishing a Standard Protocol for the Voiding Cystourethrography