Gömülən gizli cinsiyyət üzvü və mikropenis
Gömülən cinsiyyət üzvü, qasıq nahiyəsində dəri altı piy toxumaları tərəfindən gizlənilən penisə deyilir, kənardan baxıldıqda kiçik görünən penisdir, halbuki əksər halda cinsiyyət üzvü normal ölçüdə olur. Gömülmüş cinsiyyət üzvü gizli penis kimi də adlandırılır. Əksər halda həqiqi kiçik penis (mikropenis) ilə qarışdırılır. Gizlənmiş yəni gömülən penisdə penis kiçik deyil, penis tamamilə normal ölçülüdür, yalnız penis ətrafdakı piy toxumaları və dəri tərəfindən gizlidir.
Mikropenisə cəmiyyətdəki ortalama ilə müqayisədə penisin çox kiçik olmasına deyilir. Mikropenis 14-cü həftədən sonra ana bətnində baş verən hormonal anomaliyaların səbəb olduğu bilinir. Bu hormonal problemə səbəb ola biləcək bir çox xəstəlik var. Bu xəstəliklərin əksəriyyəti sadəcə bir xəstəlik deyil, sindrom şəklində digər əlavə xəstəliklərlə birlikdə görülür. Buna görə mikropennis olan uşaqları başqa xəstəliklərə görə də diqqətlə dəyərləndirilməlidir.
Gömülən penisdirmi yoxsa həqiqi mikropenisdirmi anlamaq üçün təcrübəli həkimin müayinəsi vacibdir, çünkü mikropenisdən şübhələnilirsə əlavə analizlər aparılmalıdır.
Həqiqi mikropenis varsa hansı analizlər edilir?
Mikropenis varlığında, karyotip analizi, şəkər, kortizol və böyümə hormonu səviyyələri,bəzi elektrolitlər, tiroid funksiyaları və bəzən hipofiz vəzinin MR müayinəsi aparılmalıdır. Xayaların funksiyasına LH, FSH və testosteronun ölçülməsi ilə baxılır. Bəzi hallarda əlavə testlər də tətbiq olunur.
Yəni mikropenis əksər halda gömülən cinsiyyət üzvü, düzgün icra edilməyən sünnətlə əlaqəli olmaqla yanaşı, gerçək mikropenisə səbəb testosteron hormonunun yetərli ifraz olunmaması və ya cinsiyyət bölgəsindəki reseptorlara həssaslıq problemidir. Bu araşdırmalı, müayinə edilməli və həqiqətən mikropenis varsa, uyğun müalicə üçün pasiyent yönləndirilməlidir.
Mikropenis və yaşa görə cinsiyyət üzvünün ölçüsü haqqında ətraflı məlumat aşağdakı səhifədə mövcutdur.
Gomük penis halında isə düzgün icra olunan sünnət ilə penis ortaya çıxarılır.