Böyrək və sidik axarı daşları

Böyrək daşı adətən; sidiyin, sidik yollarına keçməzdən əvvəl toplandığı böyrəyin orta hissəsində meydana gəlir. Sidik kalsium və sidik cövhəri kimi müəyyən maddələrin kristallaşması və bu kristalların zamanla birləşməsi nəticəsində daş yaranır.

Kiçik daşlar hər hansı bir problemə səbəb olmadan bədəni tərk edir. Böyük daşlar isə sidik kisəsininə doğru irəliləyərkən sidik axarına zərər verə bilər. Əgər daş sidik axarını tutubsa o halda sidik axını zəyifləyər və belə hallarda ağrı meydana gələ bilər.

Böyrək daşları daha çox, gənc və orta yaşlı insanlarda görülür. Kişilərdə qadınlara nisbətən daha sıxdır. İsti bölgələrdə yaşayan insanlarda da böyrək daşı əmələ gəlmə riski daha yüksəkdir.

Böyrək daşı olan insanlarda böyrək daşının təkrarlanma ehtimalı yüksəkdir. Bu səbəblə, böyrək daşının səbəbini müəyyən edərək yenidən yaranmasını əngəlləməyə çalışılmalıdır.

Böyrək daşı əlamətləri

Əgər daş,  sidik axarına mane olursa  şiddətli ağrıya səbəb olabilər (renal kolik). Bel və böyür (qabırğaların alt hissəsindən buda qədər uzanan sahə) regionununda hiss olunan kəskin ağrıdır. Əgər daş, sidik axarındadırsa ağrı qasıq və bud regionununda hiss ediləbilər. Kişilərdə ağrı xayalarda da hiss edilə bilər. Böyrək və ya sidik axarı daşına bağlı ağrı, dalğalar halında olur və bədən mövqeyinin dəyişməsi ilə azalmır. Bundan əlavə aşağdaki əlamətlər görülə bilər;

  • Kürək və bel bölgəsində başlayaraq qasığa doğru yayılan şiddətli ağrı
  • Ürək bulanması və qusma
  • Həddindən artıq tərləmə
  • Sidikdə qan görmək, sidikdə qırmızı rəng dəyişikliyi
  • Sidiyə təcili çıxma istəyi

Bəzən sidik yolları infeksiyası da bu simptomlara əlavə oluna bilər. Bu halda aşağıdakı əlamətlər də görüləbilər;

  • Yüksək hərarət, titrəmə
  • Tez-tez sidiyə çıxma istəyi
  • Ağrılı sidiyə getmə
  • Bulanıq rəngli və ya pis qoxulu sidik

Ağrınızın dindirilməsi, diaqnozun qoyulması və müalicə olunmanız üçün (xüsusiylə yüksək hərarətiniz var isə) xəstəxanaya müraciət etməyiniz və tibbi yardım almanız tövsiyə olunur.

Böyrək və sidik axarı daşın diaqnozu

Daşların bir hissəsi təsadüfi olaraq aşkarlanır. Ultrasəs müayinəsinin geniş istifadə edilməsi ilə günümüzdə hər hansı bir şikayətə yol açmadan diaqnoz qoyulan daş xəstəliyinin sayı gün keçdikcə artır. Digər tərəfdən, bel ağrısı, təkrarlayan sidik yollarının iltihabı və ya sidikdə qanaxma kimi şikayətlər xəstəni həkimə gətirən faktorlardır.

Müraciət edən xəstələrdə aşağıdakı tədqiqatlar biri və ya bir neçəsi edilərək dəqiq diaqnoz qoyulur.

Dirək Üriner Sistem Rentgeni (qarın boşluğunun rentgen filmi): X şüası ilə çəkilən bu filmdə opak böyrək daşlarının əksəriyyəti görülə bilər. Opak olmayan daşlar və ya kiçik sidik axarı daşları bu üsulla görülməz.

Ultrasəs müayinəsi (US): Səs dalğalarından faydalanaraq daxili orqanların görüntüləmə üsuludur. US müayinəsi ilə sidik yollarının obstruksiyası və hətta daşlar təyin oluna bilər. Lakin,US müayinəsində kiçik ölçülü daşlar və sidik axarı daşları görünməyə bilər.

Venadaxili Pyelografiya: Bu üsulda damar içərisinə verilən  kontrast maddə vasitəsilə eyni anda həm böyrəklərin anatomiyası, həm də funksiyalarını öyrənmək mümkün olur. Bu üsulla daşların böyrək içərisindəki yeri və böyrəkdə əmələ gətirdikləri zədə haqqında məlumat əldə etmək mümkündür. Kontrast maddəyə allergiyası olanlar, hamilələr və böyrək çatışmazlığı olanlar bu üsul tətbiq olunmamalıdır.

Spiral Kompüterli Tomoqrafiya (KT): Rentgen şüaları istifadə edilərək aparılan incə kəsikli BT hazırda böyrək daşlarının qiymətləndirməsində ən önəmli vasitədir. Dəqiqələr içərisində aparılan bu araşdırma ilə 1-2 millimetr boyda daşlar da görülə bilər. Həmçinin daşın miqdarı ölçülərək daşın sərtlik dərəcəsi müəyyənləşdirilə bilər.

MRT: Böyrək və sidik axarlarının daş xəstəliyinin diaqnostikasında MRT çox nadir hallarda istifadə edilir. Belə ki, daşların müəyyən edilməsində MRT-nin həssaslığı aşağıdır. Lakin, hamilə və hamilə olmağa hazırlaşan xəstələrdə, habelə şüalanma riski yüksək hesab edilən xəstələrdə isə MRT-nin istifadəsi tövsiyə oluna bilər.

Böyrək və sidik axarı daşları necə müalicə edilir?

Tibbi Müalicə

5-6 mm-ə qədər olan daşların böyük əksəriyyəti verilən ağrı kəsici, və bol mayə ilə düşürülə bilər.

Ölçüsü >10 mm-dən böyük olan və konservativ terapiyaya (o cümlədən, daşın düşməsinin sürətləndirilməsi üçün tətbiq edilən tibbi müdaxilələrə) baxmayaraq daşı düşməyən xəstələrin uroloq tərəfindən müayinəsi tövsiyə edilir.

Daşı düşməyən xəstələrin müalicəsində aşağıdakı metodlardan biri istifadə edilə bilər:

  • Şok dalğa litotripsiyası (ESWL),
  • Lazer və ya elektrohidravlik ureteroskopik litotripsiya (URS,Flexible URS)
  • Perkutan nefrolitotomiya (PCNL),
  • Daşın laparoskopik/açıq çıxarılması.

ESWL (Bədən kənarından şok dalğaları ilə daş qırma)

Böyrək daşlarının müalicəsində ən sıx istifadə edilən üsuldur. Bədən xaricində yaradılan şok dalğaları daş üzərinə yönəldərək daş kiçik hissələrə bölünür. Daha sonra bu hissələrin sidiklə atılması gözlənilir. Prosedura zamanı hiss edilən ağrını azaldmaq üçün əsasən sakitləşdirici dərman istifadə edilməsi və ya yüngül bir anesteziya verilməsi lazım olur. ESWL sonrası daş parçacıqların tökülməsi günlər hətta bəzən həftələr sürə bilər. Bu prosesdə xəstələr ağrı hiss edə bilər və bəzən sidik yolu iltihabı əmələ gələ bilər. Çox nadir də olsa qırılan daş parçacıqlar, qumlar sidik axarına yığılaraq qum yolu, daş yolu meydana gətirə bilər və bu hallarda əlavə müdaxilələrə ehtiyac duyula bilər.

Ureteroskopik litotripsiya (URS)

Sidik axarı (üreter) içərisindəki daşlar düşməzsə və ya ESWL ilə atılmazsa sidik yolundan üreteroskop deyilən alətlər köməyi ilə müdaxilə edə bilərlər. Rijid yəni sərt üreteroskoplar ilə xarici sidik yolu (üretra) və sidik kisəsini keçib üreter içinə daxil olaraq, daşlar Holmium lazer və ya pnömatik litotriptor ilə qırılaraq müalicə edilir. Bu üreteroskoplar ilə alt və orta üreterdəki daşlar müalicə edilir. Elastik(flexible) yəni qıvrılan üreteroskoplar isə ucları müxtəlif istiqamətlərdə və aspektlərdə hərəkətə malik olduqlarından həm üst sidik axarındaki, həm də böyrək içində ləyən və kasacıq adı verilən ciblərdə daşların müdaxiləsində istifadə edilirlər. Üretereroskopik daş müalicəsi sonra xəstələr həmin gün və ya bir gün sonra evlərinə göndərilir.

Perkutan Nefrolitotomiya (PCNL)

Çox böyük və ya kompleks daşlar, ya da daş qırma müalicəsinə müqavimətli daşlar dəridən böyrək içərisinə yerləşdirilən bir borucuq vasitəsilə (“perkutan” və ya qapalı üsul) çıxardılır. Bu “perkutan” daş çıxarılması əməliyyatında istifadə edilən incə teleskopik alətlər dəridən keçirilərək böyrəyin içərisindəki daşa birbaşa müdaxilə edilir. Nadir olaraq da  böyrək daşları laparoskopik və ya açıq böyrək əməliyyatı ilə çıxarılır.