Balanopostit

Cinsiyyət üzvünün baş hissəsinin iltihabına balanit, və pülük kisəsinin iltihabına postit. Bunların hər ikisinin iltihabı  çox vaxt birlikdə təsadüf edilir və balanopostit adlanır. Sünnət olunan uşaqlarda balanopostit  az müşahidə olunur. Balanopostit zamanı cinsiyyət üzvü ödemləşir və qizarır.  Pülük  kisəsinin daxili səthində və cinsiyyət üzvünün başında yaralar əmələ gəlir.  Balanopostit nəticəsində fimoz, hətta parafimoz əmələ gələ bilər. Müalicəsində antiseptik məhlullardan istifadə edilir.Təkrarlanması halında sünnət məsləhət görülür.

Uşaq Urologiyası Uzmanı – Dr.Pərviz Hacıyev – FEAPU