Uşaqlarda varikosele

Uşaqlarda və Yeniyetmələrdə varikosel

Yeniyetmələrdə varikosele görülmə sıxlığı 15% olmaqla birlikdə, böyümənin sürətləndiyi 13 yaşından sonra yaşla birlikdə varikosele görülmə ehtimalı da artır. Sol varikosele halların 90%-də görülür və təxminən 10% ehtimalda ikitərəfli varikosel aşkar edilir.

Varikoselenin sperma parametrlərinə, o cümlədən sıxlığa, hərəkətliliyə və morfologiyaya mənfi təsir göstərməsi və testis həcminin azalması ilə sonsuzluq problemlərinə səbəb ola biləcəyinə bilinir.

Varikosele, testislərin damarların həddindən artıq genişlənməsi və damarların içərisində qan toplanmasına deyilir . Bu vəziyyətdə içərisində zəhərli artıq maddələri daşıyan qan testisə zərər verə bilər. Eyni zamanda yığılan qanın səbəb olduğu istilik artımı da xayalardakı funksiyanın pozulmasına səbəb ola bilər. Digər tərəfdən, testisdə qan dövranı pozula bilər və oksigenin azalması ilə işemiya ola bilər, bundan da testis toxuması zərər görə bilər.

Yetişkinlik dövründə testis inkişafında atrofiya (büzülmə) və sperma dəyərlərinin pozulması nəticəsində sonsuzluğa səbəb ola bilən varikosele, xayalıqda və qasıqda ağrı kimi əlamətlər ilə yeniyetmə yaşlarında çox rast gəlinən bir xəstəlikdir. Uşaqlıq və yetkinlik dövrlərində varikosele hallarının əksəriyyəti heç bir əlamət göstərmir. Bu yaşlarda varikosele fiziki müayinə ilə aşkar edilir və ya əksər hallarda ailələr tərəfindən aşkar edilir. Varikosele hallarda diqqətli fiziki müayinə aparıldıqda, təsirlənmiş tərəfdə testislərdə həcm itkisi halların təxminən 10% -də rast gəlinir.

Diaqnoz və ultrasəs muayinə

Əl ilə müayinə, yeniyetmənin varikosel diaqnozu üçün əksər halda kifayətdir. Rəngli Doppler ultrasəs müayinə diaqnoz üçün bütün hallarda müntəzəm olaraq istifadə edilmir. Ancaq ağrılı sol varikoselli xəstələrdə və sperma parametrləri pozulmuş yeniyetmələrdə ikitərəfli varikosel müalicəsinin zəruriliyi üçün rəngli Doppler ultrasəs müayinəsi aparıla bilər. Eyni zamanda Ultrasəs muayinə ilə xayaların həcm ölçülərinin daha düzgün hesablanmasına köməklik edir. Varikosel müalicəsinin zəruriliyi və varikoselektomiyadan sonra testis həcminin izlənməsi baxımından ultrasəs muayinə zəruridir.

Sağ təfər varikosele hallarında isə mütləq abdominal ultrasəs muayinə ilə varikoseleye səbəb olabiləcək başqa xəstəliklər araşdırılmalıdır.

Əməliyyat üçün göstərişlər

Uşaqlarda və yeniyetmə dövrdə sperm analizinin aparılması mümkün olmadığı üçün əməliyyat qərarı əksər halda təsirlənən xayanın həcminin ölçülməsinə görə verilir. Təsirlənən xayada digər testis nisbətlə 2 ml və ya 10%-dan çox həcm fərqi əməliyyat üçün göstərişdir.

Başqa əlamət isə xayalıqda ağrıdır. Xayalıqda ağrı ilə müraciət edən uşaqlarda mütləq müayinə edilməli və ağrıya səbəb ola biləcək digər ciddi xəstəlikərin olmadığına əmin olunmalıdır.  Torbalarda ağrı, adölesan varikoselində başqa müraciət səbəbidir və varikoselektomiya əməliyyatından sonra 60%-də tam, 20%-də qismən ağrı şikayətləri keçir.

Varikosele Əməliyyatı

Yeniyetmələrdə varikosele əməliyyatında məqsədi sperma keyfiyyətini qorumaqdır. Bu səbəblə ideal varikoselektomiya metodu, testis funksiyasını optimal şəkildə qorumalı, varikoseleni müalicə etməli və fəsadları minimuma endirməlidir.

Varikosele olan yeniyetmələrin müalicəsində açıq cərrahiyyə (yüksək retroperitoneal, inguinal, subinqinal), laparoskopik cərrahiyyə və radyoloji (skleroterapiya və ya embolizasiya) üsullarla müalicə edir. Aktual müalicə metodlarından inguinal və ya subinginal yanaşma ilə təxmini 2 cmlik kəsi ilə varikoselektomiya icra edilir. Varikoselektomiyanın məqsədi əlaqəli bütün vena damarları bağlamaqdır. Bu mərhələdə vas deferens (sperma kanalı, toxumdaşıyıcı ciyə), spermatik lenfatiklər və arteriya damarları qorunmalıdır.

Uşaq və yeniyetməlikdə varikosele cərrahiyyəsində təkrarlanma, arteriya zədəsi və əməliyyatdan sonrakı hidroselinin əmələ gəlməsi (testisin ətrafındakı maye toplanması) kimi fəsadların dərəcəsini azaltmaq üçün bir optik böyüdücülərdən (mikroskop və ya loop) istifadə edilməlidir.

Əməliyyatdan əvvəl təxminən 6 saat ac və susuz qalmaq kifayətdir. Əməliyyat günündə bir və ya iki doz antibiotik verilir. Yetərincə maye miqdarı yaşa və çəkiyə görə təyin olunur və maye əməliyyat günü ərzində venadaxili olaraq verilir.

Əməliyyatdan sonra

Əməliyyatdan sonra təxmini 3-4 saat sonra xəstə qida başlaya bilər. Ümumiyyətlə, xəstə eyni gün evə göndərilir. Cərrahi sahə quru və təmiz saxlanmalıdır. Öz-özünə sorulan estetik tikişlər istifadə edildiyi üçün tikiş alinmır və xəstə əməliyyatdan 5-7 gün sonra cimə bilər. Əməliyyatdan 1 ay sonraya qədər ağır fiziki hərəkətlərdən qaçınılmalıdır.

Varikosel müalicəsindən sonra xəstələri mütəmadi olaraq təqib etmək vacibdir. Kontrollarda illik skrotal ultrasəs, sperma analizi və fiziki müayinə ilə testislərin həcmi, konsistensiyasının təqibi önəmlidir.

Varikosele, irəliləyən testis zədələnməsinə səbəb olan bir xəstəlikdir və yaş artdıqca bu hal artır. Varikoselli uşaqlarda və yeniyetmələrdə, inguinal və ya subinginal varikoselektomiya çox aşağı təkrarlanma və fəsad nisbətləri ilə təhlükəsiz bir müalicə seçimidir.  Əməliyyatdan əvvəl testis konsistensiyasında yumşalma  varikoselektomiya sonrası normala dönməkdədir. Digər testislə müqayisədə atrofik testisli varikoselli uşaqlarda testis həcmi normal testis həcminə çatsa da, 14 yaşdan yuxarı yeniyetmələrdə testis konsistensiyası yaxşılaşsa da, testis həcmində ciddi bir irəliləyiş olmaya bilər. Ancaq əməliyyatdan sonrakı sperma dəyərləri və bu yeniyetməlik hallarının hormon dəyərləri testis həcmindən asılı olmayaraq yaxşılaşmaqdadır.