Enməmiş xaya (Kriptorxizm) nədir?

Kriptorxizm

Bir və ya hər iki xayanın (testis) xayalığa (skrotuma) enməməsi; enməmiş xaya və ya kriptorxizm adlandırılır.

Enməyən xaya əməliyat olunmasa nə kimi fəsadlar baş verə bilər?

Enməyən xaya (kriptorxizm) varlığında  sonsuzluq, xaya xərçəngi və xayanın fəaliyyətini itirməsi (xaya atrofiyası) kimi ciddi fəsadların riski artmış olur.

Enməmiş xaya (kriptorxizm) nə vaxt əməliyyat olunmalıdır?

Müasir yanaşmaya görə, 6 ay ilə 1 yaş arasında  əməliyyat edilməsi məsləhət görülür. Yeni doğulmuş oğlan uşaqların xəyaları mütləq muayinə edilməlidir. 1-3 % ehtimalda oğlan uşaqlarda enməmiş xaya görülə bilər.

Hər enməmiş xaya (kriptorxizm)  əməliyyat olunmalıdır?
Bəzi hallar, yanlış olaraq enməyən xaya diaqnozunun qoyulmasına səbəb ola bilər. Bunlardan ən çox təsadüf olunanı xalq arasında utancaq xaya adlanan  yalançı kriptorxizm (retraktil xaya) dır.  Bu zaman xayalar vaxtaşırı olaraq xayalığı tərk edir və yuxarı qalxır. Bu xüsusilə uşağa soyuq olanda və ya müayinə edərkən baş verir. Həqiqi kriptorxizmin yalançı kriptorxizmdən olan fərqi ondan ibarətdir ki, yalançı kriptorxizm zamanı xayalar (və ya xayalardan biri) öz yerinə qayıdır və müəyyən müddət orada olur, həqiqi kriptorxizm zamanı isə xaya xayalıqda olmur (yalnız əməliyatdan sonra xayalar xayalığa enə bilər). Yalançı kriptorxizm təhlükəli sayılmır və əməliyat tələb etmir. Lakin yalançı kriptorxizm uşaq böyüdükcə 30% ehtimalda gərçək enməmiş xaya xalına gələ bilər. Bu vəziyyətin tam olaraq ortaya qoyulması üçün şübhə duyulan hallarda bu işlə məşgul olan təcrübəli mütəxəssis həkimlərə göstərilməlidir.

Aksiya davam edir!

Uşağınızda enməmiş xaya (kriptorxizm) varsa həkimdən ödənişsiz muayinə randevusu alın!

050 444 3035

Uzman Dr.Pərviz Hacıyev kimdir?

2009-cu ildə Ankara Universitetinin Tibb Fakültəsini bitirən Dr.Pərviz Hacıyev, 2015-ci ildə Ankara Üniversitetində Urologiya üzrə Uzmanlıq təhsilini tamamlamışdır. 2019-cu ildə 3 illik Uşaq Urologiyası Yan Dal təhsilini bitirərək Uşaq Urologiyası Uzmanı ünvanını almışdır. 2013 və 2014-cü illərdə Avropa Uşaq Urologiyası Konqreslərində (ESPU) ən yaxşı araşdırmalar üzrə 2 dəfə üst üstə birinci yerə layiq görülmüşdür. 2019-cu ildə Belçikada keçirilən Avropa Uşaq Urologiyası Bordunun imtahanlarını verərək FEAPU (Avropa Uşaq Uroloqu) titulunu almışdır.
Op.Dr.Pərviz Hacıyev uşaqlarda sidik qaçırmaları, anadangəlmə urogenital anomaliyalar, hipospadiya, epispadiya, kriptorxizm, sünnət xətaların düzəldilməsi, hidronefroz və hidronronefroza səbəb olan xəstəliklərin tibbi və cərrahiyəsi üzrə ixtisaslaşmışdır.

Kriptorxizm üçün pulsuz muayinə: 050 444 30 35