Pielonefrit

Pielonefrit — böyrək ləyəni və kasacıqlarının, böyrək parenximasının iltihabi prosesidir. Uşaqlarda yüksək hərarətli sidik yollarının infeksiyası olduğunda sidik ifrazat sisteminin anatomik/funksional anomaliyası ağla gəlməlidir. Bu səbəblə uşaqlarda infeksiyanın əlamətləri varsa, xüsusilə yüksək hərarət mövcuddursa mütləq müayinədən keçirilməlidir.

Kəskin Pielonefrit Əlamətləri

Sistit əlamətlərinə əlavə olaraq böyrək infeksiyanin əlamətləridir

  • 37.8°C-dən yüksək hərarət
  • Xəstə gönünüş, halsızlik
  • Ürəkbulanma və qusma
  • Kiçik uşaqlarda bəslənəbilməmə, iştahsızlıq
  • Böyük yaşlı uşaqlarda böyrək nahiyəsində ağrı və kostovertebral bucaq həssaslığı

Laborator müayinələr

Piyelonefritə vəya sistitə şübhə olduqda sidiyin analizi və əkilməsi verilməlidir. Sidiyin analizi zamanı, sidikdə leykosit (piuriya), müxtəlif dərəcədə eritrosit (hematuriya), bakteriuriya görülə bilər. Sidikdə müsbət nitrit və leykosit esterazasının birləşməsinin aşkar edilməsi sidik yollarının infeksiyası diaqnozunun yüksək ehtimalına işarə edir. Sidik analizi üçün nümunənin təzə olması çox vacibdir. Sidik analizindən düzgün və etibarlı nəticə əldə edə bilmək üçün sidik toplama üsuluna diqqət etmək lazımdır. Əgər uşaq böyükdürsə orta axım sidik götürülə bilər. Kiçik uşaqlarda isə sidik analizi üçün nümunə 3 cür alınır; torba ilə, kateter vasitəsylə və suprapubik aspirasiya (qasıqüstü nahiyə aspiratı) ilə. Qeyd etmək lazımdır ki torba ilə alınan sidik analizinin güvənirıliyi azdır. Bu səbəblə ən çox tərcih edilən və güvənilən yöntəm kateter vasitəsyilə alınan sidik analizdir. Sidik əkilməsi ilə yanaşı antibiotiklərə həssaslıq testi də aparılır. Antibiotik həssaslıq testi, bakterial infeksiyaların mü­licəsi məqsədilə veriləcək anti­bakterial preparatların seçilməsi üçün istifadə olunur.

Pielonefritin və pielonefritə səbəb olan xəstəliklərin diaqnostikası

Pielonefritin diaqnostikasında düzgün toplanmış anamnez mühüm rol oynayır. Bu zaman əsasən xəstənin uşaq yaşlarında böyrək və sidik yollarının xəstəliklərini keçirib keçirmədiyinə, bilinən sidik yollarının anomaliyalan, sidik daşı xəstəliyi olup olmadığı araşdırılır.

Ultrasəs müayinə: Ultrasəs müayinəsi böyrək və sidik yollarında olan dəyişiklikləri (böyrəyin böyüməsi, parenximasının, kasa-ləyən sisteminin, sidik axarının və sidik kisənin vəziyyəti və s.) müəyyənləşdirməyə imkan verən ilkin diaqnostik testdir.

Voidinq sistouretroqrafiya (işəmə sistoqrafiyası): Sistoqrafiya sidikliyin-sidik axarı reflyuksunun əsas diaqnostika üsuludur. Təkrarlayan sidik yolları infeksiyası, pielonefrit keçirən uşaqlarda reflyuks mütləq araşdırılmalıdır.

Statik böyrək ssintiqrafiyası (DMSA): Pielonefritdən sonra böyrəklərin kortikal skarlaşmasını, zədələnmələrinin təyin edilməsinə yarayır. Eyni zamanda böyrəklərin diferensial funksiyasının dərəcəsinin müəyyən edilməsi üçün istifadə edilir. Böyrəklərdə infeksiyanın səbəb olduğu qalıcı zədələnməni (skarı) təyin etmək üçün pielonfritdən en az 3-6 ay sonra çəkilməlidir. Sidikliyin-sidik axarı reflyuks xəstəliklərində böyrəklərdə skarlar görülə bilər.

Dinamik böyrək ssintigrafiyası (MAG3, DTPA): Böyrəklərin yumaqcıq filtrasiyası səviyyəsində funksiyasının təyin edilməsi. Ləyən-sidik axarı seqmentinin daralması nəticəsində baş vermiş stazın təyin edilməsində faydalıdır.

Kəskin pielonefritin müalicəsi

Diaqnostika və müalicə əksər hallarda yanaşı aparılır. Öncə pielonefritə səbəb olan infeksiyanın aradan qaldırılması üçün uyğun seçilmiş antibiotiklərlə müalicə aparılır, bununla bərabər 38°C-dən yüksək hərarətli və ya müşahidə olunan ümumi qeyri-stabil vəziyyət varsa (hemodinamik qeyri-stabillik, sarılıq, zəif inkişaf) xəstəxanaya yerləşdirilməli və dərhal tam müayinələr həyata keçirilib müalicəyə başlanmalı. İltihab əleyhinə antibiotiklər , həmin preparatlara qarşı həssaslığı nəzərə alınmaqla təyin edilir. Bununla birlikdə kəskin infeksiya kontrol alındıqdan sonra, pielonefritə səbəb olan problem, xəstəlik (anomaliya) aşkar edilməlidir. Düzgün diaqnoz qoyulmalı və ona uyğun, gərəkirsə cərrahi müalicə aparılmalıdır.

Nefrostomiya qoyulmalıdır mı?

Bəzi nadir hallarda yuxarı sidik yollarında ciddi staz və infeksiya varsa, bu pielonefroz müalicəyə cavab vermirsə və uşağın ümumi halına təsir edirsə, böyrəyin boşalmasını təmin etmək üçün nefrostomiya qoyula bilər. Və xəstə stabil infeksiyasız hala gəldikdən sonra cərrahi üsulla bu staza səbəb olan problem, anomaliya aradan qaldırılır.