Ureterosele
Ureterosele: Sidik axarının sidik kisənin ən yaxın hissəsində dilatasiyasına deyilir. Sidik axarın kisəyə açılan nahiyədə darlıq olur və sidik axınına maneə törətdiyinə görə bu sahədə genişlənmə və balonlaşma baş verir. Ureteroseledəki sidik axınının tıxanması səbəbiylə sidik sidik axarına qayıdır. Geri qayıdan sidik böyrəkdə toplana bilər, bu da hidronefroza, sidik yollarının genişlənməsinə, infeksiya və böyrək toxumasının zərər görməsinə səbəb ola bilər. Ureterosele çox böyük olduqda, sidik kisəsinin çıxışı bağlayaraq sidik ifrazatını çətinləşdirə bilər.
Ureterosele daha çox qızlarda görülür. Ureterosele xəstələrdə bəzi hallarda anadangəlmə böyrəkdən iki sidik axarı olur, buna cüt sidik axarı vəya sidik axarının cütləşməsi adlanır. Təxminən 4000 uşaqda bir görülür.
Ureterosele necə əməliyyat edilir?
Ureterosele əgər sidik axımına maneə törədirsə yəni tıxanma yaradırsa bu tıxanmaya səbəb olan ureterosele cərrahi olaraq düzəldilir.
Endoskopik (qapalı) cərrahi üsul ilə dəridə heç bir kəsik tətbiq edilmədən xüsusi kiçik alətlər vasitəsiylə sidik kanalına daxil olunaraq genişləmiş, balonlaşmış ureterosele kəsilir. Bunun nəticəsində sidik kisəyə asanlıqla boşalır və sidik axarı və/və ya böyrək genişlənməsi əksər halda düzəlir.
Ureterosele əməliyyatı üçün göstərişlər
Ureterosele ilə əlaqəli körpələrdə və uşaqlarda böyrək və sidik axarında genişləmə varsa (hidronefroz, ureterohidronefroz), sidik yollarının infeksiyası, böyrək daşları, sidik kisənin boşalması kimi problemlər varsa əməliyyat edilməlidir. Əməliyyat böyrək funksiyasını qorumaq, böyümə və inkişafı yaxşılaşdırmaq və infeksiyanın qarşısını almaq məqsədi daşıyır.
Əməliyyat hazırlığı
Əməliyyatdan əvvəl xəstələrdə sidik yollarının infeksiyası varsa müalicə edilməlidir. Uşaqlarda bu prosedur ümumi anesteziya altında aparılmadan əvvəl 4-6 saatlıq (uşağın yaşından asılı olaraq) aclıq tələb olunur.
Əməliyyat
Prosedur uşaqlarda ümumi anesteziya altında aparılır. Sidik kisəsini görməyə və proseduru yerinə yetirməyə imkan verən sistoskop adlı alətdən istifadə edilərək sidik kanalından daxil olunur və sidik kisəsi və ureterosele dəyərləndirilir. Lazer vəya xususi koterlə ureterosele kəsilir. Sidik axarı rahatladılır və əməliyyat sonlandırılır.
Əməliyyatdan sonra nəticələr
Üreteroselin cərrahi müalicəsindəki ilk pillə çoxu zaman endoskopik ureteroselinin ləğvi əməliyyatıdır. Üreteroselin yeri və ölçüsü, tək və ya cüt sidik axarının olması, bərabərində digər sidik axarında reflyuksun varlığı kimi vəziyyətlər əməliyyatın uğuruna müxtəlif dərəcədə təsir edir. Tək sidik axarlı bir böyrəyə aid üreteroseldə endoskopik əməliyyatda 80-90% ehtimalda uğurlu nəticə əldə edilir. Ektopik adlandırılan və sidik kisəsinin boynuna qədər uzanan ureteroseledə prosedurun uğurlu nəticəsi 10-40% arasındadır.
Endoskopil kəsik ilə ureterosele lazımi nəticə nail olunmamışsa endoskopik əməliyyat təkrarlana bilər. Sidik axarına və böyrəklərə reflyuksu və anatomik problemləri olan uşaqlarda düzgün yaşa çatdıqda düzəldici açıq cərrahiyyə tələb oluna bilər. Reflyuksu olanlarda bu gözləmə dövründə qoruyucu antibiotiklər verilir. Bu uşaqlarda titrəmələr, yüksək hərarət (38 dərəcədən yuxarı), sidikdə pis qoxu, ürək bulanması və qusma, qarın və yan ağrıları kimi şikayətlər olarsa dərhal sidik analizi və əkilməsi verilməli. Varsa infeksiya müalicə edilməlidir.