Ləyən-sidik axarı birləşməsinin obstruksiyası (Uretropelvik Darlıq)

Böyrək və yuxarı sidik yolları mürəkkəb inkişaf prosesi keçirir, bu inkişaf prosesinin hər hansı bir mərhələsinin daxili və xarici amillərin təsirinə məruz qalması və inkişaf prosesinin düzgün getməməsi müxtəlif anomaliyalara səbəb ola bilər.

Anadangəlmə Hidronefroza ən sıx patoloji səbəb  Ləyən-Sidik Axarı Seqmentinin Darlığıdır, buna ueretopelvik darlıq (UP darlıq) da deyilir. Ən çox təxmin edilən səbəbi sidik axarının böyrəyə yaxın hissəsində embrioloji inkişafınının pozulması və dairəvi əzələ hüceyrələri arasında kollagen liflərinin çoxalması və bunun nəticəsində darlığın əmələ gəlməsidir. Bununla yanaşı bəzi hallarda səbəb böyrəyin qeyri-normal yerləşən damarların ureteropelvik hissəyə təzyiqi nəticəsində darlığın əmələ gəlməsidir.

Böyrək ləyəni-sidik axarı seqmenti (ureteropelvik) nahiyəsində daralma böyrək ləyənində durğunluğa, kasacıq-ləyən sistemində təzyiqin artmasına və genişləməsinə səbəb olur. Buna hidronefroz deyilir. Darlıq dərəcəsindən asılı olaraq böyrək paranximasının atrofiyasına gətirib çıxara bilər. Bu prosesə infeksiya qarışması böyrəyin paranximasının sıradan çıxmasına sürətləndirici təsir göstərə bilər.

Əlamətləri;

  • Ağrı, qusma,
  • Böyrək nahiyəsində şişin ələ gəlməsi,
  • Sidikdə qan görülməsi (hematuriya),
  • Atəş, sidik yolları infeksiyası,
  • Çox maye alanda ağrının artması,
  • Böyrək daşın yaranması,
  • Uşaqda inkişaf geriliyi.

Diaqnoz necə qoyulur ?

Çox vaxt hamilə qadınların rutin kontrollarında aparılan bətndaxili ultrasəs müayinəsində aşkar edilir, ancaq dəqiq diaqnoz uşaq doğulduqdan sonra qoyulur. Daha böyük yaşlı uşaqlar isə yuxarıda sadalanan əlamətlər ilə müraciət edir. Ultrasəs müayinə ilə ilkin diaqnoz qoyulur. Duretikli böyrək ssintigrafiyası (MAG3, DTPA) ilə darlıq var isə aşkar edilir, böyrəyin funksiyası digər böyrək ilə müqayisə edilir. Xəstəliyin tam dərəcəsi və şiddəti müəyyənləşdirir. Vezikoureteral Refluks (VUR) şubhəsi var isə Voiding (İşəmə) Sistouretroqrafiyası (VCUG) çəkilir.

Müalicəsi nədir ?

Əgər xəstəlik əlamətləri yoxdursa, hidronefrozun dərəcəsi yüksək değilsə təqib edilir. Çünki bəzən darlıq öz-özünə düzələ bilər və ya müdaxilə ediləcək səviyyədə deyil. Bəzi hallarda infeksiyadan qorunmaq məqsədi ilə profilaktik antibiotik verilə bilər. Aralıqlarla ultrasəs müayinəsi və şübhə halında ssintiqrafiya çəkilərək təqibə davam edilir.

Əgər əlamətlər görülürsə, böyrək funksiyasında azalma olubsa, böyrək ləyəni böyüməyə davam edirsə o zaman əməliyyat qərarı alınır. Əməliyyatın vaxtı ilə bağlı müxtəlif fərqli fikirlər olsa da, daha çox ilk 2 il ərzində həyata keçirilməsi tövsiyyə olunur.

Piyeloplastika

Əməliyyatda darlıq olan və ya işləməyən seqment çıxardılır, genişlənmiş olan böyrək ləyəni kiçildilir və uretere yenidən anastamoz edilir (bağlanılır). Piyeloplastika deyilən bu əməliyyatdan sonra xəstə bir neçə gün xəstəxanada yatır.

Əməliyyatdan Sonra

Müəyyən aralıqlarla tədqiq edilərək həm sidik keçidi həm də böyrək funksiyaları qiymətləndirilir.