Xaya Burulması
Xayanın burulması, dönməsi xayanın damarlar və toxum daşıyıcı ciyənin öz ətrafında burularaq xayanın qan dövranın pozulması ilə nəticələnən ağrılı vəziyyətdir. Burulma düzəldilmədiyi halda xayanın qan dövranın pozulması nəticəsində xayanın qanqrenası baş verir. Xayanın qanqrenasının baş verməsi burulmanın dərəcəsindən və keçən müddətdən asılıdır.
Ümümiyyətlə kəskin başlayan xaya ağrısına Kəskin Xaya Sindromu adlandıdırılır, kəskin xayanın səbəbləri bunlar olabilər,
- xaya burulması
- epidimorxit
- xaya travması
- qasıq yırtığı
- varikosele
- hidrosele
- nadir hallarda xaya törəməsi
Xaya Burulması Əlamətləri
Xayada və ya xayalıqda anidən başlayan kəskin ağrı ən sıx görülən əlamətidir. Ağrı qasıq nahiyyəsi və qarnın aşağı hissələrində də hiss edilə bilər. Xayada şiş və qızarıqlıq da görülə bilər.
Xaya ağrısında həkim müayinəsi
Xaya ağrisi varsa yuxarda sadalanan xəstəliklərin hər biri olma ehtimalına görə, həkimin diqqətli müayinəsi mütləqdir. Müayinədə xayanın və artımlarının yerinə, ölçüsünə, sərtliyinə, hamarlığına, həssaslığına, dəri rənginə, kremaster refleksinə və s. baxılır.
Xaya Burulmasının Diaqnozu
Xaya burulmasının diaqnozu əl ilə müayinə və Rəngli Doppler ultrasəs müayinəsi yardımı ilə qoyulur. Ultrasəs muayinədə zədələnmiş xayaya gələn qan axınının nisbi zəifləməsi və ya tam kəsilməsini görülməsi xaya burulmasını ağla gətirilməlidir. Epidimortxit və sidik yolları infeksiyası düşünülürsə ümümi sidik analizi və ehtiyac halında sidiyin ekilməsi istənilə bilər. Xaya törəməsi şübhəsi varsa qanda xayanın törəmə markırlarına baxılmalı.
Xaya Burulmasının Müalicəsi.
Xaya burulması diaqnozu qoyulubsa, təcili olaraq əməliyyat edilməlidir və burulma düzəldilərək xaya normal halına gətirilir . Ancaq gecikdirilmiş isə və xayanın qanlanması pozularaq nekrozlaşmış haldadırsa xaya xaric edilir. Bir tərəfdə xara burulma olubsa gələcəkdə digər xayanın da burulma ehtimalı olduğu üçün digər xaya əməliyyat ilə fiksasiya (burulma baş verməsin deyə xayalığa sabitlənir) edilir.
Xaya Burulmasi: Xayalarda kəskin ağrı, torbalarda ağrı, testislərdə ağrı,