Op. Dr. Pərviz Hacıyev - FEAPU

  • Uzman Uroloq-Androloq
  • Uşaq Urologiyası Uzmanı
  • Avropa Bord Sertifikatlı Uşaq Uroloqu
  • Fellow of the European Academy of Pediatric Urology (FEAPU)

Uşaq uroloqu / Uzman uroloq-androloq

Uzman Dr. Pərviz Hacıyev

2009-cu ildə Ankara Universitetinin Tibb Fakültəsini bitirən Dr.Pərviz Hacıyev, 2015-ci ildə Ankara Üniversitetində Urologiya üzrə Uzmanlıq təhsilini tamamlamışdır. 2015 YDUS (Yan Dal Uzmanlık) imtahaninda Türkiyə üzrə 2-ci yeri əldə etmiş və Ankara Universitetində Uşaq Urologiyası üzrə yandal təhsilinə başlamışdır. 2019-cu ildə 3 illik Uşaq Urologiyası Yan Dal təhsilini bitirərək Uşaq Urologiyası Uzmanı ünvanını almışdır. 2013 və 2014-cü illərdə Avropa Uşaq Urologiyası Konqreslərində (ESPU) ən yaxşı araşdırmalar üzrə 2 dəfə üst üstə birinci yerə layiq görülmüşdür. 2019-cu ildə Belçikada keçirilən Avropa Uşaq Urologiyası Bordunun imtahanlarını verərək FEAPU (Avropa Uşaq Uroloqu) titulunu almışdır. 2020-2022 Tarixlərində M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında baş həkim olaraq işləmişdir.
2022 ildən Avropa Uşaq Urologiyası Cəmiyyətinin (ESPU) Təhsil Komitəsinin üzvüdür.

2022-2023 tarixlərində Chicago Universitetində Amerika Birləşmiş Ştatlarının təqaüdü ilə fellowship keçmişdir.

2010-cu ildən etibarən bu sahədə fəaliyyət göstərir, minlərlə uşağın əməliyyat təcrübəsinə malikdir, beynəlxalq təcrübəsi ilə tanınır və sahəsi üzrə ekspert hesab olunur.

Hazırda Azərbaycanda fəaliyyət göstərir; M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında direktor və idarəçi kimi çalışmaqla yanaşı, özəl xəstələrini Badam Medical Center-də qəbul etməyə davam edir.

Yazılmaq üçün: 050 444 30 35

Uşaqlarda anadangəlmə və sonradan qazanılmış uroloji xəstəliklərin müalicəsi və cərrahiyyəsi ilə məşğuldur.

Müalicə etdiyi xəstəliklər: Xaya problemləri (enməmiş xaya, hidrosele,xaya hidropsu, varikosele, kord kistası, qasıq yırtığı), cinsiyyət üzvü xəstəlikləri (kiçik cinsiyyət üzvü, gömük penis, sünnət xətaları, hipospadiya, epispadiya),  hidronefroz (up darlıq, meqaureter, sidik axarı reflyuksu), sidik qaçırmaları (gecə və gündüz sidik qaçırmaları) və s.

 

Uşaq urologiyası

Uşaq urologiyası; uşaqlarda sidik-cinsiyyət sistemi xəstəliklərinin və sidik-cinsiyyət sistemi üzvlərinin anadangəlmə və sonradan qazanılmış qüsurları ilə məşğul olan tibbin bir sahəsidir.

Urologiya və Andrologiya

Urologiya; böyrəklər, sidik axarları, sidik kisəsinin, kişilərdə isə prostat, penis, xayalar və sperma kanallarının hər növ xəstəliklərinin tibbi və cərrahi müalicəsi ilə məşğul olan tibbin sahəsidir.

Xəstəliklər, Əməliyyatlar və Proseduralar

Icra etdiyimiz əməliyyatlar

Sünnət və cinsiyyət üzvü anomaliyaları

Estetik sünnət. Sünnət xətaların düzəldilməsi. Gömük vəya gizli penis.Kiçik cinsiyyət üzvün böyüdülməsi. Cinsiyyət üzvü əyrliyi. Anadangəlmə sünnətli, yarım sünnətli, Peyğəmbər sünnətli. Hipospadiya, epispadiya və s.
01

Xayaların probemləri

Enməmiş xaya, utancaq xaya, abdominal və inguinal xayanın cərrahiyyəsi. Uşaqlarda qasıq yırtığın, hidroselenin, su yırtığının cərrahiyyəsi. Xayaların böyüməsi. Xayaların kiçik olması, inkişafdan qalması və s.
02

Böyrək problemləri

Böyrəkdə gemişləmə. Hidronefrozun diaqnozu, müalicəsi və əməliyyatı. Təkrarlayan sidik yolları infeksiyaları, dizuriya, sistit,sidiklik-sidik axarı reflyuksu (vezikoureteral reflyuks) meqaureter, ureterohidronefroz, sidik axarı darlıqları, ureteropelvik darliq, ureterovezikal darliq, arxa uretral klapan və s. xəstəliklərin müalicəsi (cərrahiyyəsi).
03

Sidik qaçırmaları

Uşaqlarda gecə və gündüz sidik qaçırmaların müalicəsi, İşəmə disfunksiyaları, Sidik Qaçırmaları (sidik tutmamazlıq), Tez-tez işəmə, ağrılı işəmə, sidikdə qan görülməsi
04

Andrologiya

Varikosele, Penis Əyrilikləri (kordi, peyroni), Penis və Xaya Travmaları, Testikulyar, Xayanın olmaması, xaya protezi, Hipoqonadizm
05

Uroonkologiya

Böyrək Törəmələri, Xaya törəmələri, Sidik kisəsi törəmələri
06

Müasirlik

Türkiyə, Avropa və Amerikada qazanılan müasir tibbi təcrübə

Təcrübə

Təcrübəli anestizoloji mütəxəssislər ilə güvənli tibbi yanaşma

Həyat Boyu

Həm uroloji, həm uşaq uroloji təcrübə nəticəsində həyat boyu izləmə

Məmnunluq

Minlərlə məmnun ailə və sağlam uşaqlar

Son paylaşdığımız məqalələr

Xayada kista

Xaya kord kistası nədir? Uşaqların xayalığına (skrotum) enən xayalar embrional dövrdə qarın boşluğundan aşağı enərkən arxada bir kanal…

Fimoz və penis dərisinin digər anomaliyaları

Fimoz və penis dərisinin digər anomaliyaları Penisin prepusiumu (pülük, sünnət dərisi) həm azyaşlı oğlan uşaqlarının valideynləri, həm də…

Mea Darlığı

Mea darlığı vəya Meatal stenoz nədir?Sidik kanalının ucundakı son hissəsi meatus adlanır (sidik kanalının xarici dəliyi). Meatal stenoz…