Xaya problemləri

Uşaqlarda Xaya Problemləri

Xaya problemləri,  uşaqlarda həyatın ilk illərində rast gəlinə bilən məsələlərdəndir.

Enməmiş xaya (Kriptorxizm): Xayanın boş olması. Bu, uşaqlarda ən çox rast gəlinən xaya problemlərindən biridir. Kriptorxidizm, bir və ya hər iki testisin skrotuma (xayalığa) düşməməsi halıdır. Normalda, bu proses doğuşdan əvvəl baş verir, lakin bəzi uşaqlarda doğuşdan sonraki bir neçə ay ərzində də baş verə bilir. Əgər 6 aydan sonra hələ də xayalar düşməmişsə, həkimə müayinə olmaq vacibdir.

Xaya burulması (testis torsiyonu): Bu ciddi bir vəziyyətdir və dərhal tibbi yardım tələb edir. Xaya burulması, xayaya gələn qan axınına mane olur. Bu, ağrıya, şişliyə və xaya zədəsinə səbəb ola bilər. Dərhal cərrahi müdaxilə tələb oluna bilər.

Xaya travması: Bu, xayaların fiziki zədələnməsi sonucu baş verə bilən ciddi bir problemdir. Ağrı, şişlik və xayalıqda qan yığılması belə bir zədənin işarəsi ola bilər. Bu vəziyyət də dərhal tibbi müdaxilə tələb edir.

Hidrosel:  Xayada su yığılması, xayanın şişməsi, xayanın enmə yolunun hər hansı bir yerində baş verə bilən maye yığılmasıdır.

Qasıq yırtığı:  Qrija. Qasıq yırtığı (inquinal hernia). Yırtıq, orqan və ya toxumanın bir hissəsinin anormal formada qarın divarından bayıra çıxmasıdır.. Xalq arasında”qasıq qrijası” da deyilir.

Varikosele: xayanın varikoseli, xaya damarının genişləməsi və damarların içərisində qan toplanmasına deyilir .