Uşaqlarda sidiyə getmə gündəliyi
Uşaqlarda Sidiyə getmə (İşəmə) Gündəliyi – Valideynlər Üçün Vacib Məlumat
Əziz valideynlər, uşağınızın sidik problemləri varsa, həkimə müraciət etməzdən əvvəl işəmə gündəliyi aparmaq çox vacibdir. Bu gündəlik, uşağın sidik sisteminin necə işlədiyini anlamağa və düzgün diaqnoz qoymağa kömək edir.
İşəmə gündəliyinə daxil edilməli olan məlumatlar:
✅ Su və digər maye qəbulu saatları və miqdarı (Hər içkidən sonra neçə ml)
✅ Gün ərzində sidiyə getmə saatları və miqdarı (Hər dəfə neçə ml olduğu)
✅ Sidiyə getmə zamanı müşahidə olunan problemlər (, sidik saxlamada çətinlik və s.)
Bu məlumatları ən azı 2 gün ərzində yazıb gətirməyiniz, uşağınızın sidik problemlərinin səbəbini müəyyən etmək üçün çox vacibdir. Həkimə gəlməzdən əvvəl işəmə gündəliyini tutun ki, vaxt itirməyək, müayinə daha dəqiq və effektiv olsun!
Aşağda qeyd edilən işəmə gündəliyi endirin