Arxa Uretral Klapan (PUV)

Arxa Uretral Klapan (PUV)

Arxa uretral klapan, sidik kisəsinin çıxışında sidik axarında (uretrada)  bir klapan (qapaq) olması səbəbiylə sidik ifrazarının pozulması ilə nəticələnən bir xəstəlikdir. Bu klapanlar uşağ hələ ana bətnində olarkən sidik yollarının inkişafı zamanı baş verir. Sidik kanalında pərdə şəklində olan bu klapanlar, müxtəlif dərəcədə sidik axınının qarşısını alır.

Uşaqlar hələ ana bətnində ikən sidik ifraz etməyə başlayırlar. Ananın rəhm mayesi (amnion) ilə uşağın sidiyi bir-birinə qarışaraq dövr halında azalıb çoxalmaqdadır. Bu xəstəliyi olan uşaqlarda sidik çıxışı azaldığı üçün amnion mayesində azalma meydana gələ bilər. Sidiyin rahat boşalmaması səbəbiylə sidik kisəsindən böyrəklərə doğru təzyiq artır və  böyrəklərin və sidik axarlarının (üreter) şişməsi ilə nəticələnə bilər. Bu vəziyyətə ureterohidronefroz deyilir.

Hamiləliyin erkən dövründə belə ultrasəs muayinə ilə körpənin böyrəklərindəki bu şişmə (hidronefroz) aşkarlana bilər. Ultrasəs muayinədə oğlan uşağında ikitərəfli böyrək şişməsi aşkar edildikdə şübhələnən ilk xəstəliklərdən biri, arxa uretral klapandır. Körpə dünyaya gəldikdən sonra tıxanma şiddətinə görə sidiyə getmədə çətinlik çəkə bilər. Uşaqlarda sidik yollarının infeksiyası və bu infeksiya qana keşərsə sepsis infeksiyası kimi ciddi problemlər ola bilər. Müalicə edilməzsə böyrək çatışmazlığına qədər gedib çixa bilər.

Bu xəstəliyin ön diaqnozu işəmə sistouretroqrafiyası adlandırılan test vasitəsiylə qoyulur. Bu müayinə ilə əldə edilən rentgen filmlərində, sidik kisəsinin vəziyyəti,  arxa sidik kanalında genişləmə və sidik axarlarında reflyuks araşdırılır.

Müalicəsi

Arxa uretral klapan şübhəsi ilə anadan olan körpəyə ilk prosedur sidik kateteri qoymaq və sidiyin asanlıqla boşaldılmasını təmin etməkdir. Bunun nəticəsində, sidik kisəsi və böyrəklərdəki təzyiq azalar və uşağın ümumi vəziyyəti yaxşılaşmağa başlayar. Sidik yollarının infeksiyası varsa, müalicə edilməlidir.

Uşağın ümumi vəziyyəti yaxşılaşdıqdan sonra, varsa infeksiya müalicə edildikdən sonra və uşağın anesteziya almaq üçün kafi çəkiyə çatdığına qənaət yetirildikdən sonra bu klapan endoskopik (qapalı) olarak kəsilməlidir və sidik kanalı açılmalıdır. Buna “endoskopik klapan ablasiyası” adlandırılır. Çox şiddətli obstruksiya (tıxanma) halında isə bəzi hallarda sidik kisəsi göbək səviyyəsindən dəriyə ağızlaştırılması (vezikostomiya) icra edilə bilər. Beləcə sidik ifrazat sistemindəki təzyiq azaldılır.

Endokskopik əməliyyat necə icra olunur? 

Əvvəlcə bu prosedurun endoskopik bir əməliyyat olduğunu və uşağın bədənində heç bir kəsi tətbiq edilmədiyini bilmək lazımdır. Bu prosedur, əməliyyat otağında steril şəraitdə ümumi anesteziya altında aparılır. Uşağın cinsiyyət üzvündən sidik kanalı vasitəsiyylə uşaqlar üçün xüsusi hazırlanmış və müxtəlif qalınlıqlara və diametrlərə malik olan pediatrik  alətlər (sistoskop) vasitəsi ilə daxil edilir. Əvvəlcə sidik kisəsi və xarici sidik yolları dəyərləndirilir.  Sidik kisəsinin divar quruluşunda bir qüsur olub olmadığı və ya daxili sidik axarı deşiklərinin normal olub olmadığı araşdırılır. Sonra xarici kanalında klapan xüsusi alətlər yardımı ilə kəsilir. Sidik kisəsinə kateter yerləşdirilir və prosedur başa çatır.

Əməliyyatdan sonrakı dövrdə hansı problemlər yarana bilər? 

Ümumiyyətlə, ən çox görülən problemlər infeksiya və qanaxmadır. Qanama ümumiyyətlə qısa müddətdə öz-özünə yox olur. İnfeksiya varsa antibiotiklər tələb oluna bilər.

Əməliyyatdan sonrakı gec dövrdə hansı problemlər yarana bilər?

Ən çox görülən gec problemlər, klapanın bir hissəsinin davam etməsidir və ya yenidən daralma səbəbiylə ikinci əməliyyatın zəruriliyidir. Bəzən əməliyyatların sayı ikidən çox ola bilər. Əməliyyat uğurlu olsa da, böyrəklərə reflyuksu olan uşaqlarda bu reflyuks davam edə bilər. Belə hallarda, bu reflyuksu düzəltmək üçün ayrıca əməliyyatlar tələb oluna bilər. Klapan səbəbiylə böyrəklər ana bətnində artıq zərər görmüş ola bilər. Xroniki böyrək çatışmazlığı, dializ ehtiyacı və ağır davamlı infeksiyalar xüsusilə gec diaqnozu olan, çox ağır xəstəliyi olan və müalicəsi gec olan uşaqlarda inkişaf edə bilər.

Uğurlu bir əməliyyatdan sonra belə uşaq mütləq həkim tərəfindən yaxından təqib edilməlidir. Təqib xəstəyə görə dəyişə bilər amma ümumiyyətlə ilk il üçün aylıq və 3 aylıq pəriyotlar halında ola bilər. Kontrollarda uşaqdan qan və sidik analizləri, ultrasəs muayinə və lazım olarsa böyrək ssintigrafiyası, işəmə sistoqrafiyası istənə bilər.