Sidiklik-sidik axarı reflyuksun endoskopik korreksiyası
Sidiklik-sidik axarı reflyuksun endoskopik korreksiyası (Vesicoureteral reflyuks gel yeridilməsi)
Hansı xəstələrə cərrahi müalicə tələb olunur?
Sidik axarı reflyuksun müalicəsində xəstənin yaşına, reflyuksun dərəcəsinə və təkrarlayan infeksiyalarına nəzərə alınaraq qərar verilir. Ümumiyyətlə qoruyucu antibiotik müalicəsi altında təkrarlayan sidik yolları infeksiyası olan uşaqlar, əhəmiyyətli anadangəlmə inkişaf qüsüru və ya anomaliyaları olan uşaqlar, təqib və qoruyucu antibiotik müalicəsinə uyğunlaşma problemi yaşayan hallarda cərrahi müalicəyə qərarı verilir. Bu xəstəlikdə cərrahi müalicənin məqsədi reflyuksu tamamilə ortadan qaldırmaq və reflyuksla əlaqəli riskləri (böyrək zədəsi, yüksək təzyiq, böyrək çatışmazlığı) minimuma endirməkdir. Cərrahi müalicə üsulları içində endoskopik və açıq cərrahı texnikalar var. Bu yazıda Sidiklik-sidik axarı reflyuksun endoskopik korreksiyası haqqında məlumat verilməkdədir.
Endoskopik gel necə tətbiq olunur?
Endoskopik texnikada, ümumi anesteziya altında, sidik kisəsi sistoskop adlanan kiçik bir kamera ilə (sidik kisəni görməyə imkan verən endoskopiya növü) daxil edilir. Sidik axarlarına sidik kisəsinə daxil olduğu nöqtədə material vurulur. Beləliklə, bu bölgədə bir qabar meydana gəlir və sidiyin sidik axarına geri qaçmasının qarşısını almaq məqsədi daşıyır. Proses təxminən 15-20 dəqiqə çəkir. Xəstəxanada qalmağa ehtiyac olmur və ambulator bir prosedur kimi tətbiq olunur. Xəstə eyni gün bir neçə saat sonra evə göndərilir.
Prosedurdan sonra nə gözləmək olar?
Əməliyyatdan sonrakı 1-2 saat müddətində anesteziyaya bağlı yüngül yuxu, başgicəllənmə, ürək bulanması və qusmaya görülə bilər. Bu vəziyyət sürətlə yaxşılaşır. Ağızdan qidalanma maye (su, meyvə suyu) ilə başlanır və qusma olmazsa, əməliyyat günü axşam normal pəhriz qəbul edilə bilər. Əməliyyatdan 24-48 saat sonra sidiyə gedəndə yanma və bir qədər çəhrayı rəngli sidik müşahidə etmək mümkündür. Sidiyə sıxışma və spazmlar baş verə bilər. Bu spazmlar ilk 24-48 saat ərzində ara-ara fasilələrlə müşahidə edilə bilər.
Prosedurdan sonra nə etmək lazımdır?
Əməliyyat günündə əməliyyatdan sonra istirahət etmək tövsiyə olunur. Sonraki gün normal fiziki fəaliyyətlər edilə bilər. Adekvat maye qəbulu təmin edilməlidir. İnfeksiyanın qarşısını almaq üçün radioloji müayinəyə qədər profilaktik antibiotiklərdən istifadə edilməlidir.
Təqib necə olacaq?
3 aydan sonra işəmə sistouretroqrafiya ilə reflyuksun vəziyyətinə baxıla bilər.
Əməliyyatın uğuru nə qədərdir?
Endoskopik inyeksiya müalicəsinin uğuru reflyuksun dərəcəsindən asılı olaraq 60-80% -dir. Uğursuz hallarda yenidən inyeksiya həyata keçirilə bilər. Beləliklə, müvəffəqiyyət dərəcəsi artırıla bilər.
Fəsadlar nələrdir?
Ümumiyyətlə endoskopik gel əməliyyatından sonra fəsad çox nadir hallarda baş verə bilər, və fəsadların əksəri minimaldır. Prosedurdan sonra infeksiya və qanaxma nadir hallarda görünə bilər. Çox nadir hallarda, inyeksiya edilmiş material sidik axarında daralmaya səbəb ola bilər. Uğursuz və reflyuksun davamı hallarında, yuxarıda göstərildiyi kimi yenidən inyeksiya aparıla bilər. Endoskopik korreksiya ilə uğursuz olan uşaqlarda açıq cərrahi müalicə tətbiq oluna bilər.
Sidik axarı Reflyuksu haqqinda ətrafli məlumat üçün
Sidik axari reflyuksunda gel yeridilməsi videosu (double hit texnikasi ilə)