Sünnət sonrası qulluq
Alt bezi taxılan körpələrdə əlavə qulluq tələb olunmur, alt bezi bağlana bilər. Amma nəcis ilə çirklənməsi üçün mütəmadi yoxlanılmalıdır. Daha böyük uşaqlarda sünnətdən sonra bəzən sarğı qoyulur, bu sarğı 1-2 gün sonra çıxarılır və əlavə qulluq tələb olunmur. Sarğı tənzif, pambıq və bint olmalalıdır, bunlar yaraya yapışar və çıxardarkən həm qanamaya həm ağrıya səbəb ola bilər. İkinci gündən sonra vanna qəbul edə bilər və ilk gündən yerimənin, yataqda fırlanmanın, heç bir zərəri yoxdur. 2 həftə velosiped və velosipedə oxşar oturacaqları olan oyuncaqlara minilməməlidir. Yenə 2-3 həftə hovuz və dənizə girilməməlidir. Sünnət steril şəraitdə icra edildiyi üçün antibiotiklərdən istifadə etmək lazım deyil. Prosedurdan sonra 2 gün ərzində uşağın yaş və çəkisinə uygun dozada ağrıkəsicilərdən istifadə etmək kifayətdir.
Sünnət əməliyyatdır, küçümsəməyin! Çünki bu əməliyyat geri dönüşü olmayan fəsadlara səbəb ola bilər! Uyğun yaş seçin və sünnət üçün professional mütəxəssislərə müraciət edin
Əlavə oxuyun:
- Sünnət
- Lazerlə sünnət
- Gömülən cinsiyət üzvündə sünnət
- Sünnət faydalıdır, amma…
- Sünnət dərisi darlığı – Fimoz, Parafimoz
- Cinsiyyət üzvü iltihabı – Balanopostit,
- Uşaqlarda və Yeniyetmələrdə Penisin Ölçüsü, və Mikropenis