Lazerlə sünnət

Lazerlə sünnət nədir?

Əslində lazerlə sünnət olmur. Lazer adlandırılan alət monopolyar koterin və ya termokoterin xalq arasında istifadə olunan adıdır. Həqiqi lazer isə, urologiyada daş əməliyyatında və kosmetoloqlar tərəfindən istifadə olunur.⁣

Lazerle sunnet
Lazerlə sünnət

Bəs lazer adlandırılan bu alət güvənlidirmi?

Tibbdə əməliyyatlarda koterlərdən qanamanı kontrol altında tutmaq üçün istifadə olunur. Cinsiyyət üzvü, sidik axarı kimi nazik uc orqanlarda monopolyar koter istifadəsi təhlükəlidir. Çünkü bu alətlər cinsiyyət üzvünün dərisinə və cinsiyyət üzvünün başına qalıcı zərər verə bilər, onu yandıra bilər. Sünnət edilərkən `lazerlə` dərinin kəsilməsi , kəsilən yerlə yanaşı qonşu toxumaları da yandırır. Bu fəsadlara səbəb ola bilər. Yəni, qansız, lazerlə sünnət adlandırılan üsul ilə icra edilən sünnətlər təhlükə altındadır və təəssüf ki, monopolyar koterin (lazerin) zərər verdiyi cinsiyyət üzvlü uşaqları tez-tez görürük.⁣

Qısaca, lazerlə sünnət etdirməyin.⁣

Bəs termokoter istifadəsi güvənlidirmi?⁣

Termokoter aləti isə, isidərək kəsən və qanamanı kontrol altında tutan alətdir. Bu alətin istifadəsində də diqqət edilməzsə cinsiyyət üzvü zərər görə bilər. Yalnız təcrübəli cərrahlar tərəfindən təhlükəsiz istifadəsi mümkündür.⁣

Məsləhət olunan metod hansıdır?⁣ ⁣

Sünnət klassik usul ilə soyuq kəsilməli və qanama bipolyar koter istifadə edilərək kontrol edilməsi məsləhət edilir.⁣

Sünnət faydalıdırmı?