Sünnət necə olur?

Sünnət hansı üsul ilə edilməlidir?

Valideynlərdən ən çox verilən suallardan biri `Həkim sünnət hansı usul ilə edilməlidir?`Sünnətin, yəni sünnət əməliyyatının müxtəlif usulları var. Sünnət usulunu sünnət dərisindən, cinsiyyət üzvün vəziyyətindən asılıdır. Və bu amillər nəzərə alınaraq sünnət üsulu seçilir. Sünnət edərkən cinsiyyət üzvünün estetikasına diqqət edilməz isə uşağın gələcəkdə psixologiyasına, cinsi yaşamına, özünə inamına təsir edə bilər. Dəlləklər vəya təcrübəsiz əllərdə icra olunan sünnətlərdə ciddi fəsadlar, estetik problemlər görülür. Estetik sünnətində məqsəd düzgün ölçülərdə, simmetrik dəri qorunaraq sünnət edilməsidir, daxili pülüyün (mukozanı) milimetrik olaraq 4-5 mm ölçülüb saxlanmasıdır. Bu, estetik görünüşə səbəb olur, anatomik olaraq dəri nə uzun nə də qısa kəsilməli. Öz-özünü sürətlə əriyən incə tikişlərin istifadə edilməsi yara izinin qalmaması məqsədi daşıyır. Bəzən gömük cinsiyyət üzvü olan hallarda xüsusi cərrahi texniki yöntəmlərlə sünnət edilməlidir.
#sünnət #estetiksünnət #circumcision #обрезание