Sidiyin əkilməsi
Sidiyin əkilməsi nədir?
Sidiyin əkilməsi, infeksiyanın mövcudluğunu aşkar etmək və səbəb olan mikroorganizmləri müəyyən etmək üçün aparılan laboratoriya testidir. Bu test, həmçinin, bakteriyaların müəyyən növ antibiyotiklərə qarşı müqavimətinin (həssaslığın) olub olmadığını da göstərə bilər, bu da müalicə planını təyin etmədə həkimlərə kömək edir.
Nə üçün sidiyin əkilməsi lazımdır?
Sidik yolları infeksiyaları, sidik kisəsi (sistit), böyrək (piyelonefrit) və ya uretra (uretrit) kimi sidik yollarında baş verə bilər. Sidiyin əkilməsi, infeksiyanın təyin edilməsi bu infeksiyanın səbəbkarı olan bakteriyaların növünün müəyyən edilməsi və müalicə üçün ən effektiv antibiyotiklərin seçilməsi üçün vacibdir.
Sidiyin əkilməsi necə aparılır?
Bu test üçün tələb olunan sidik, steril şəraitdə toplanmalıdır. Xarici cinsiyyət orqanların sabunla yuyulmasından sonra, sidiyi 1-2 saniyə buraxılır və orta porsiyadan 5-10 ml həcmdə sidik steril qaba yığılır, ağzı kip bağlanmalı və 1 saat ərzində laboratoriyaya çatdırılmalıdır. Sidik antibakterial müayinəyə başlamazdan əvvəl və ya 1-2 həftə keçdikdən sonra verilməlidir. Əgər xəstə antibakterial preparat qəbul edirsə, bu barədə həkimə məlumat verilməlidir.
Sidiyin əkilməsi nəticələri nə deməkdir?
Test nəticələri adətən bir neçə gün sonra hazır olur. Həkim test nəticələrini simptomları anamnezi və digər laboratoriya testləri ilə birləşdirərək dəyərləndirir. Test nəticələri müəyyən bir növ bakteriyanın çoxalmasını göstərirsə, bu, sidik yolu infeksiyasının mövcudluğunu göstərir. Bundan sonra, həkim müalicə etmək üçün ən uyğun antibiyotiki təyin edir. Əgər test nəticələri normaldırsa, bu, infeksiyanın olmadığını göstərə bilər. Amma, simptom və şikayət varsa həkimə bildirilməlidir.