Yataq İslatma
26 May – Dünya Gecə Yataq İslatma Məlumatlandırma Günüdür
🔹Enurez olaraq da bilinən gecə yataq isladılması yuxuda olarkən qeyri-iradi sidik qaçırması halıdır.
🔹Gecə sidik qaçırma uşaqlarda sıx görülən problemdir. 5 yaşındakı uşaqların 15-20%-də gecə sidik qaçırması baş verir.
Gecə sidik qaçırmasının əsas səbəbləri:
🔸 Sidik kisəsinin funksional həcminin az olması
🔸 Uşağın yuxudan oyanmaması, ağır yatması
🔸 Gecə sidik istehsalının çox olması
‼️Gecə sidik qaçırması, uşağın özünə inamına, emosional vəziyyətinə, məktəbdə və sosial həyatına mənfi təsir göstərə bilər.
🔺5 yaşından sonra meydana gələn sidik qaçırmaları normal olaraq qəbul edilmir. Bu səbəblə sidik qaçıran uşaq 5 yaşından böyükdürsə həkim tərəfindən müayinə edilməli, altda yatan səbəb müəyyən olunmalı və lazımdırsa uyğun üsullarla müalicə edilməlidir.
Sidik qaçırması haqqinda ətrafli oxumaq üçün: Enurez
#enurez #sidikqaçirmasi #gecəenurezi #yataqislatma #bedwetting #enuresis #worldbedwettingday