Imipramin

Melipramin (imipramin) Enurez müalicəsində verilməlidir mi?

Qısaca əksər hallarda: YOX

Ümumiyyətlə ilkin və ancaq gecə qaçırması olan uşaqların müalicəsində öncə davranış və vərdiş müalicəsinə başlanmalı, gecə gündəliyi tutulmalıdır. Ardından əgər qaçırma davam edirsə, desmopressin və ya gecə alarm müalicəsinə başlanılır. Ancaq bu müalicəyə nəticə verməyən nadir  hallarda ailəyə məlumat verərək diqqətli şəkildə başqa müalicələr ilə yanaşı imipramin verilə bilər. 

Bilinməlidir ki, imipramin dərmanının ciddi yan təsirləri mövcuddur, xüsusiylə uşaqlarda və yeniyetmələrdə intihar riski və kardiotoksik olması səbəbiylə çox diqqətli olunmalıdır. FDA-nın ( Amerika Qida və Dərman Administrasiyası) bu dərman üçün Qara Qutu Xəbərdarlığı (black box warning) mövcuddur:

`Qısa müddətli tədqiqatlarda  imipramin, uşaqlarda, yeniyetmələrdə və gənclərdə (<24 yaş) qəbul edərkən intihar düşüncə və davranış riskini artırır.`

Imipraminin enurez mualicəsində 1960 illərində verilməyə başlanılıb. Hətta çox nüfuslu tibbi jurnal olan JAMA`nin 1965 ilində yayımlanmış məqaləsi belə mövcuddur. Amma mualicə protokolunda dərman diqqətli şəkildə az dozada başlanmalı və 1 ay müddətində enurez müalicəsində müsbət nəticə vermirsə kəsilməlidir. Bu da bilinməlidir ki enurez müalicəsində verilən  imipramin kəsildikdən sonra sidik qaçırmaları əksər hallarda təkrar başlayır.

Təəssüf ki hələ də bu dərmandan enurez müalicəsində istifadə edilməyə davam edilir.

Müasir yanaşmaya görə isə beynəlxalq tibbi təşkilatlar (WHO, ESPU/EAU, AUA, ICS, NICE) enurezin ilkin müalicəsində imipramin müalicəsini məsləhət görmür.

Qisaca imipramin enurez müalicəsində əksər hallarda istifadə edilmir.

  • Imipramine Hydrochloride (Tofranil) and Enuresis, Amer J Psychiat 117:551, 1960. MacLean, R. E. G.:
  • Imipramine (Tofranil) In the Control of Enuresis. Archives of Pediatrics & Adolescent Medicine, 109(5), 412. Epstein, S. J. (1965)
  • National Institute for Health and Care Excellence. Nocturnal Enuresis – The Management of Bedwetting in Children and Young People.
  • World Health Organization. Guidelines for the Management of Conditions Specifically Related to Stress. Geneva: World Health Organization; 2013.
  • Practical consensus guidelines for the management of enuresis Johan Vande Walle,corresponding author Soren Rittig, Stuart Bauer, Paul Eggert, Daniela Marschall-Kehrel, and Serdar Tekgul Eur J Pediatr. 2012 Jun
  • EAU/ ESPU Paediatric Urology Guidelines C. Radmayr (Chair), G. Bogaert, H.S. Dogan, R. Kočvara, J.M. Nijman (Vice-chair), R. Stein, S. Tekgül 2019