Uşaqlarda koronavirus

Bu günlərdə bütün dünyada, eləcə də ölkəmizdə ən önəmli gündəm maddəsi Koronavirus Xəstəliyidir.

Xəstəlik yeni olduğuna görə, haqqındakı məlumatlar hələlik yenidir və azdır. Amma məqalələr, araşdırmalar yayımlandıqca məlumatlanmalıyıq.

Bildiyimiz məlumatlardan biri də budur ki, Coronavirus (covid19) uşaqlara az təsir edir. Belə ki, xəstəliyə yoluxmuş bütün xəstələrin (bu gün etibarilə 72 314 nəfər) 1%-dən də azı 10 yaşından kiçik uşaqlardır.

Bildiyimiz digər məlumatlara görə uşaqların:

  • 15.8%-də heç bir əlamət yoxdur,
  • 41.5%-də yüksək qızdırma var,
  • 64.8%-də isə pnevmoniya.

Əlavə xəstəlikləri olanlar (böyrək xəstəliyi, hidronefrozu və s.) xəstəliyi daha ağır keçirir. 171 uşaq xəstənin 3-də mexaniki ventilasiya və intensiv terapiyaya ehtiyac olub. Ancaq əlavə xəstəlikləri olan 10 aylıq 1 xəstə dünyasını dəyişib.

Amma unudulmamalıdır ki, uşaqlarda xəstəliyin heç bir əlaməti biruzə verməsə də onlar başqalarını virusa yoluxdura bilərlər. Hətta araşdırmalarda uşaqların nəcisində də virus aşkar edilib. Bu səbəblə, uşaqların altını təmizlədikdən sonra əllər yaxşı-yaxşı yuyulmalıdır.

Ümumiyyətlə, bu günlərdə xüsusilə diqqətli olmalıyıq:

  • əllər tez-tez yuyulmalı,
  • mümkün dərəcədə evdə qalmalı,
  • otaqların havalandırılmalı,
  • qonaq getmək və qonaq qəbulunu sonraya saxlamalıyıq.

Yanaşı xəstəliyi olan uşaqlara daha ciddi yanaşılmalıdır.
#coronavirus #covid19

https://www.nejm.org/doi/full/10.1056/NEJMc2005073