Gömülən gizli cinsiyyət üzvü və mikropenis

Gömülən cinsiyyət üzvü,  qasıq nahiyəsində  dəri altı piy toxumaları tərəfindən gizlənilən penisə deyilir, kənardan baxıldıqda kiçik görünən penisdir, halbuki əksər halda cinsiyyət üzvü normal ölçüdə olur. Gömülmüş cinsiyyət üzvü gizli penis kimi də adlandırılır. Əksər halda həqiqi kiçik  penis  (mikropenis) ilə qarışdırılır. Gizlənmiş yəni gömülən penisdə penis kiçik deyil, penis tamamilə normal ölçülüdür, yalnız penis ətrafdakı piy toxumaları  və dəri tərəfindən gizlidir.

Mikropenisə cəmiyyətdəki ortalama ilə müqayisədə penisin çox kiçik olmasına deyilir. Mikropenis 14-cü həftədən sonra  ana bətnində baş verən hormonal anomaliyaların səbəb olduğu bilinir. Bu hormonal problemə səbəb ola biləcək bir çox xəstəlik var. Bu xəstəliklərin əksəriyyəti sadəcə bir xəstəlik deyil, sindrom şəklində digər əlavə xəstəliklərlə birlikdə görülür. Buna görə mikropennis olan uşaqları başqa xəstəliklərə görə də diqqətlə dəyərləndirilməlidir.

Gömülən penisdirmi yoxsa həqiqi mikropenisdirmi anlamaq üçün təcrübəli həkimin müayinəsi vacibdir, çünkü mikropenisdən şübhələnilirsə əlavə analizlər aparılmalıdır.

Həqiqi mikropenis varsa hansı analizlər edilir?

Mikropenis varlığında, karyotip analizi, şəkər, kortizol və böyümə hormonu səviyyələri,bəzi elektrolitlər, tiroid funksiyaları və bəzən hipofiz vəzinin MR müayinəsi aparılmalıdır. Xayaların funksiyasına LH, FSH və testosteronun ölçülməsi ilə baxılır. Bəzi hallarda əlavə testlər də tətbiq olunur.

Yəni mikropenis əksər halda gömülən cinsiyyət üzvü, düzgün icra edilməyən sünnətlə əlaqəli olmaqla yanaşı, gerçək mikropenisə səbəb testosteron hormonunun yetərli ifraz olunmaması və ya cinsiyyət bölgəsindəki reseptorlara həssaslıq problemidir. Bu araşdırmalı, müayinə edilməli və həqiqətən mikropenis varsa, uyğun müalicə üçün pasiyent yönləndirilməlidir.

Uşaqlarda hər gömülən cinsiyyət üzvü əməliyyat edilməlidir?

Xeyr, hər gömülən (yəni “gömülü penis” və ya “buried penis”) cinsiyyət üzvü əməliyyat tələb etmir. Bu vəziyyət uşaqlarda xüsusilə piyli uşaqlarda və ya kiçik yaşlarda olduqca tez-tez rast gəlinir və bir çox halda uşağın böyüməsi və piy toxumasının azalması ilə vəziyyət öz-özünə düzəlir.

Amma əməliyyat qərarı üçün aşağıdakı hallar nəzərə alınmalıdır:

  1. Əgər sidik ifrazı çətindirsə və ya penis tamamilə dəri altında qalıbsa;

  2. Təkrar infeksiyalar (balanopostit, sidik yolu infeksiyası) müşahidə olunursa;

  3. Gigiyena çətinlikləri varsa, yəni valideyn penis başını təmizləyə bilmirsə;

  4. Psixoloji narahatlıq və ya sosial problemlər yaranırsa;

  5. Doğuşdan anatomik anomaliyalar (məsələn, meqaprepisium, veb penis,) varsa.

Bu cür vəziyyətlərdə uşaq urologuna müraciət olunmalı və vəziyyətə uyğun müayinə edilib əməliyyat qərarı verilməlidir.

Mikropenis və yaşa görə cinsiyyət üzvünün ölçüsü haqqında ətraflı məlumat aşağdakı səhifədə mövcutdur.

Gomük penis halında isə düzgün icra olunan sünnət ilə penis ortaya çıxarılır.