Yataq İslatma

26 May – Dünya Gecə Yataq İslatma Məlumatlandırma Günüdür⁣
⁣
🔹Enurez olaraq da bilinən gecə yataq isladılması yuxuda olarkən qeyri-iradi sidik qaçırması halıdır.⁣
⁣
🔹Gecə sidik qaçırma uşaqlarda sıx görülən problemdir. 5 yaşındakı uşaqların 15-20%-də gecə sidik qaçırması baş verir.⁣
⁣
Gecə sidik qaçırmasının əsas səbəbləri:⁣
⁣
🔸 Sidik kisəsinin funksional həcminin az olması⁣
🔸 Uşağın yuxudan oyanmaması, ağır yatması⁣
🔸 Gecə sidik istehsalının çox olması⁣
⁣
‼️Gecə sidik qaçırması, uşağın özünə inamına, emosional vəziyyətinə, məktəbdə və sosial həyatına mənfi təsir göstərə bilər.⁣
⁣
🔺5 yaşından sonra meydana gələn sidik qaçırmaları normal olaraq qəbul edilmir. Bu səbəblə sidik qaçıran uşaq 5 yaşından böyükdürsə həkim tərəfindən müayinə edilməli, altda yatan səbəb müəyyən olunmalı və lazımdırsa uyğun üsullarla müalicə edilməlidir.⁣
⁣ Sidik qaçırması haqqinda ətrafli oxumaq üçün: Enurez

⁣
⁣
⁣
#enurez #sidikqaçirmasi #gecəenurezi #yataqislatma #bedwetting #enuresis #worldbedwettingday

Ətraflı: valideynlər üçün pulsuz bələdçilər

Evdə nə etməli olduğunuzu addım-addım izah edən bələdçilər Bedwetting Doctor saytındadır. Oxumaq pulsuzdur.

Ətraflı oxuyun: Gecə sidik qaçırma (enurez): səbəbləri və müalicə yolları (usaqurologiyasi.com)