Xayalarda ağrı və şişkinlik
Uşaqlarda xayalarda ağrı və şişkinliyin olması müxtəlif xəstəliklərin əlaməti olaraq görüləbilər. Bəzi hallarda təcili hal olub vaxt itirmədən həkimə müraciət edilməlidir.
- Xaya Burulması: Xayanın burulması, dönməsi xayanın damarlar və toxum daşıyıcı ciyənin öz ətrafında burularaq xayanın qan dövranın pozulması ilə nəticələnən ağrılı vəziyyətdir. Burulma düzəldilmədiyi halda xayanın qan dövranın pozulması nəticəsində xayanın qanqrenası baş verir. Xayanın qanqrenasının baş verməsi burulmanın dərəcəsindən və keçən müddətdən asılıdır. Xaya burulmasının müalicəsi əsasən cərrahi müdaxilədən ibarətdir. Əməliyyat zamanı, xayanın burulmuş damarları düzəldilir və qan axını bərpa edilir. Əgər burulma vəziyyəti çox ciddi və ya xaya qanqrenasının baş veribsə , testis çıxarılması (orşiektomi) tələb oluna bilər. Xaya burulması əsasən gənclər və uşaqlarda baş verir, ancaq bütün yaşlarda kişilərdə də müşahidə oluna bilər.
- Xaya Travması: Xaya travması, xaya kisəsinə və ya xayalara dəyən zərbə, sıxma, vurma, düşmə və ya digər fiziki təsirlər nəticəsində meydana gələn zədələmədir. Bu travma, qəza, idman, döyüş, cinsi əlaqə və ya digər aktivlər zamanı baş verə bilər. Xaya travmasının müalicəsi travmanın ağırlığına və ciddiyətinə görə dəyişir. Yüngül hallarda ağrı kəsicilər, buz tətbiqi təyin edilə bilər. Ağır hallarda, dərhal əməliyyata ehtiyac ola bilir. Xaya travmasının qarşısını almaq üçün, idman zamanı xayalar üçün müdafiə qurğuları (xaya qoruyucuları) istifadə etmək və potensial təhlükəli aktivlərdən uzaq durmaq tövsiyə edilir.
- Qasıq Yırtığı:Qasıq yırtığı (inquinal hernia), qarın boşluğunun aşağı divarındakı deffektdən orqan və ya bağırsağın bir hissəsinin qasıq kanalından keçərək xaya kisəsinə (qızlarda qasıq nahiyyəsinə) doğru çıxdığı bir vəziyyətdir. Qasıq yırtığının müalicəsi əsasən cərrahi müdaxilədən ibarətdir. Əməliyyat zamanı, qarın boşluğundan çıxmış toxumalar(bağırsaqlar, qızlarda yumurtalıq və s.) yerinə qaytarılır və qasıq bölgəsindəki açıqlıq təmir edilərək bağlanılır.
- Epididimorxit: Epididimorxit, epididim (testislərə bağlı olan və spermanı saxlayan uzun, qıvrımlı artım) və xaya toxumasının iltihablanmasıdır. Bu vəziyyət, bakteriyal infeksiya, viruslar və ya cinsi yolla keçən infeksiyalar nəticəsində yarana bilər. Epididimorxitin müalicəsi, infeksiyanın səbəbinə və ağırlığına görə dəyişir. Bakteriyal infeksiya hallarında antibiotiklər təyin edilir. Ağrı və şişliyi azaltmaq üçün ağrı kəsici təyin edilə bilər.
- Hidrosele: Hidrosele, xaya kisəsində mayənin yığılması ilə əlaqədar bir vəziyyətdir. Bu, xaya kisəsinin şişməsinə və genişləməsinə səbəb olur. Hidrosele əsasən uşaqlarda baş verir, lakin yetkinlik yaşındaki kişilərdə də görülə bilər. Uşaqlarda hidroselə əsas səbəb, anadangəlmə qasıq kanalındaki keçidin açıq qalması səbəbiylə qarın boşluğundaki mayənin xaya kisəsinə keçməsidir. Hidroselənin müalicəsi, ağırlığına və ciddiyətinə görə dəyişir. Uşaqlarda, çox vaxt hidrosele öz-özünə düzəlir və müdaxiləyə ehtiyac olmur. Lakin hidrosele təqiblərdə böyüyürsə vəya 2 yaşdan böyük uşaqda hidrosele davam edirə cərrahi müdaxilə ilə müalicə edilə bilər. Bu əməliyyatla, xaya kisəsinin açılıb, suyun boşaldılması və açıq tünəlin (prosessus vaginalis) bağlanması icra olunur.
- Varikose: Varikosele, testislərin damarların həddindən artıq genişlənməsi və damarların içərisində qan toplanmasına deyilir . Bu vəziyyətdə içərisində zəhərli artıq maddələri daşıyan qan testisə zərər verə bilər. Eyni zamanda yığılan qanın səbəb olduğu istilik artımı da xayalardakı funksiyanın pozulmasına səbəb ola bilər. Digər tərəfdən, testisdə qan dövranı pozula bilər və oksigenin azalması ilə işemiya ola bilər, bundan da testis toxuması zərər görə bilər.Yetişkinlik dövründə testis inkişafında atrofiya (büzülmə) və sperma dəyərlərinin pozulması nəticəsində sonsuzluğa səbəb ola bilən varikosele, xayalıqda və qasıqda ağrı kimi əlamətlər ilə yeniyetmə yaşlarında çox rast gəlinən bir xəstəlikdir.
- Apendiks Testis Burulması: Apendiks testis burulması, xaya kisəsinin içində yerləşən və adətən funksiyası olmayan kiçik bir çıxıntının (apendiks testis) burulmasından ibarət bir problemdir. Apendiks testis, testisə bitişikdir və xayanın üst hissəsində yerləşir. Bu vəziyyət əsasən gənclər və uşaqlarda baş verir və xaya kisəsində ağrı və şişliyə səbəb olur. Apendiks testis burulması xaya burulması ilə qarışdırıla bilər, buna görə də dəqiq diaqnoz qoymaq üçün həkim müayinəsi vacibdir. Apendiks testis burulmasının müalicəsi, problemin ağırlığına və ciddiyətinə görə dəyişir. Yüngül hallarda, ağrı kəsicilər və buz tətbiqi istifadə edilə bilər. Ağır hallarda və nadir olaraq cərrahi ilə apendiks testis çıxarılması tələb oluna bilər. Bu əsasən, xsya burulması şübhəsi də varsa və əlavə komplikasiyaların qarşısını almaq məqsədi ilə edilir.
- Xaya Törəməsi: Xaya törəməsinin əsas əlaməti xayada ağrısız şişkinliyin, bərkimənən ələ gəlməsidir, naqir hallarda ağrı olur. Xaya törəməsinin müalicəsi, xərçəngin ağırlığına, yayılma dərəcəsinə və xəstənin ümumi sağlamlığına görə dəyişir.
Xayalarda ağrı və şişkinliyin olması halında buna səbəb olan xəstəliyin araşdırılması və düzgün diaqnozun qoyulması xayaların qorunması səbəbiylə vacibdir.
Uzm.Dr. Pərviz Hacıyev
Uşaq Urologiyası Uzmanı
050 444 30 35