Uşaqlarda sidik analizi

Xüsusilə qızdırması olan uşaqlarda sidik yollarının infeksiyasını təsdiqləmək və ya istisna etmək üçün sidik müəyyən düzgün şərtlərdə toplanmalı və mümkün qədər tez laboratoriyaya çatdırılıdır. Yenidoğulmuşlarda, körpələrdə və tualet  tərbiyəsi almamış uşaqlarda sidiyi əldə etmək üçün müxtəlif kontaminasiya (çirklənmə) dərəcələri və invazivliyi olan dörd əsas üsul var:

1. Təmizlənmiş cinsi orqanlara yapışdırılmış plastik torba: Bu texnika gündəlik praktikada ən çox istifadə olunsa da, çirklənmə nisbətləri yüksəkdir ( 50-60%) Əkilmə nəticələri mənfi olduqda faydalıdır. Həmçinin, əgər dipstik (çubuq) həm leykosit esteraza, həm də nitrit üçün mənfi olarsa və ya mikroskopik analizdə piuriya və bakteriuriya yoxdursa, təsdiqedici əkilməyə ehtiyac olmadan sidik yollarının infeksiyası istisna edilə bilər.
2. Təmiz sidik toplanması: Körpə körpənin cinsiyyət orqanının altında steril qab tutulur. Körpəyə ağızdan maye verilir və sidiyin toplanması gözlənilir.
3.Sidik kisəsinin kateterizasiyası: Tualet tərbiyəsi olmayan körpələrdə və uşaqlarda sidik yolları infeksiyasını istisna etmək və ya  varsa mikroskopik və bakterioloji (əkilmə) dəyərləndirmə üçün en etibarlı sidik nümunəsi əldə etmənin ən sürətli və təhlükəsiz üsuldur.

4. Suprapubik sidik kisəsinin aspirasiyası: Bu, kontaminasiyasız (çirklənməmiş) sidik nümunəsi əldə etmənin ən invaziv, lakin eyni zamanda ən həssas üsuldur.

Daha az invaziv olması üçün  iki mərhələli analiz ediləbilər: Öncə Təmiz sidik toplanması alınır və infeksiya əlamətləri varsa təstiq və əkilmə üçün və ya müalicəni gözdən keçirmək üçün kateter veya suprapubik aspirasiya ilə sidik analizi təkrar alınır. Beləcə invaziv proseduraları azaltmış olunar.
Daha böyük, tualetə öyrəşmiş uşaqlarda, oğlanlarda sünnət dərisini ehtiyatla geri çəkdikdən və penisin glansını təmizlədikdən və qızlarda cinsi dodaqları ayırıb və periuretral bölgəni təmizlədikdən sonra təmiz tutma, xüsusən də orta sidik axını istifadəsi, sidik əldə etmənin məqbul yoludur.
Cinsiyyət üzvü ucunu və perineumu iki dəfə maye sabunla təmizlədikdən sonra, kontaminasiya ehtimalı azalır.