Vezikoureteral reflyuks – 8 yaşında qız – Kliniki hal

8 yaşlı qız xəstə təkrarlayan qızdırmalı sidik yolları infeksiyası şikayəti ilə müraciət etdi.

Ultrasəs müayinəsində İkitərəfli ureterohidronefroz və böyrəklərdə keçirilmiş infeksiyalara bağlı dəyişikliklər görüldü. Aktiv infeksiya müalicəsindən sonra İşəmə sistografiyası çəktirildi və İkitərəfli yüksək dərəcəli vezikoureteral reflyuks aşkar edildi. Kreatinin 1 mg/dl, yaşına görə bir qədər yüksək idi. Uroflovmetriya ilə sidik ifrazatı normal olduğu görüldü

Cərrahi müdaxilə ilə reflyuks bərpa edildi.

Lakin bu xəstənin tibbi tarixinə baxdıqda bir neçə ciddi yanlışlıq nəzərə çarpır:

-Təkrarlayan sidik yollarının infeksiyasl dəfələrlə müalicə edilib, lakin heç vaxt səbəbi araşdırılmayıb
– Dəfələrlə lazımsız KT müayinəsi aparılıb
– Bir çox hallarda sidik analizi olmadan antibiotik və bitki tərkibli preparatlar təyin edilib

Nəticədə təkrarlayan infeksiyalar böyrəklərə zərər verib, biz əməliyyatla bundan sonra infeksiyasını qarşını alırıq, lakin əvvəli zədələri bərpa etmək mümkün değil.

Bu səbəblə uşaqlarda sidik yolları infekdiyaları heç vaxt “adi” sayılmamalıdır. Təkrarlayan halda mütləq üroloji müayinə aparılmalı, görüntüləmə üsulu düzgün seçilməlidir.