İkinci rəyin əhəmiyyəti

Əziz Valideynlər,
Mən uşaq uroloquyam və sizinlə sıx qarşılaşdığım önəmli bir məsələni paylaşmaq istəyirəm:

Müayinə etdiyimiz, daha əvvəl diqnozu qoyulmuş və əməliyyat qərarı verilmiş uşaq uroloji xəstəliklərin bir qismində ya əməliyyata ehtiyac duyulmur və ya fərqli yanaşmaya ehtiyac duyulur.
Bu səbəblə, sizə tövsiyə edirəm ki, mutləq ikinci bir peşəkarının fikrini alın.

İkinci görüş almaq xəstəliklə bağlı təcrübəli bir uşaq uroloqundan əlavə təhlil və məsləhət almanın əhəmiyyətini artırır. Bu, daha dəqiq bir diaqnoz və ən uyğun müalicə üsulunu seçməyə kömək edir.

Bu, həm də, uroloji xəstəliklərə dair elmi bilik və təcrübə daim inkişaf etdiyindən, sizə daha yeni və effektiv müalicə yanaşmalarından xəbər tutmaq imkanı verir.

İkinci görüş alarkən, uşağınızın bütün tibbi sənədlərini, ultrasəs və ya digər təhlil nəticələrini təqdim etməyi unutmayın.

Bu xəstəliklərlə bağlı online konsultasiya mümkündür :

– təkrarlayan sidik yolları infeksiyaları
– anadangəlmə hidronefroz
– sidik axarı reflyuksu
– ureteroperlvik darlıq
– gecə vəya gündüz sidik qaçırmaları, enurez
– uşaqlarda anadangəlmə və sonradan qazanılmış bütün üroloji xəstəlikləri

Bəzi xəstəliklərdə əl ilə müayinə vacibdir, bu xəstəliklərdə ancaq ikinci görüş olaraq konsultasiya mümkündür:
– enməmiş xaya
– hipospadiya
– sünnət xətaları
– hidrosele
– böyrək daşları
– xaya törəmələri
– varikosele
Övladınıza əməliyyat qərarı verilibsə mütləq ikinci görüş alın!

Online konsultasiyalar üçün 050 444 30 35 nömrəsi ilə əlaqə saxlayın!

Canlı konsultasiyalar İyun ayından etibarən Bakıda olacaq.