Prostat böyüməsi
Təbiətin qanunu olaraq kişilərdə prostat vəzisi yaşla böyüyür. Bu böyüməni dayandırmaq mümkün deyil. Ancaq hər kişidə prostat böyüməsi şikayətə səbəb olmur ə bəzən heç bir müalicə tələb etmir.
Prostat böyüməsinin müalicəsi aşağıdaki hallarda zəruridir:
- Sidik ifrazatın sürəti ciddi mənada azalıbsa.
- Sidiyə başlama zamanı uzanıbsa və tualetdə çox vaxt gözlənilirsə
- Sidik ifrazatından sonra sidik hələ bitməmiş hiss varsa.
- Təciliyyat hissi və sidiyi saxlamamazlıqlar olursa
- Gecə sidiyə çıxmaq üçün qalxmaq narahat edirsə
Prostat xoşhasəli böyüməsinin (adenomasının) müalicəsi demək olar ki, həmişə dərmanlarla başlanılır . Bəzi sidik kanalı açıcı və prostat büzücü dərmanlar mövcuddur, lakin bərabərdində bəzən yan təsirləri görülür, bunlar; qan təzyiqini aşağı salmaq, cinsi fəaliyyətini və libidonu(cinsi istəyi) azaltmaq və spermanın azalmasıdır(retrograd eyakulasiya). Digər bir problem, bu dərmanların hər zaman mütəmadi alınmasıdır.
Prostat vəzinin böyüdüməsi əməliyyatı aşağıdakı hallarda gərəklidir:
- Əgər sidik ifrazatı tamamən dayanıbsa,
- Əgər dərman müalicəsi artıq fayda etmirsə, və ya dərmanın yan təsirləri səbəbiylə istifafəsi mümkün deyilsə
- Təkrarlayan sidik yolları infeksiyası varsa.
- Sidik kisəsində daş əmələ gəlmibsə.
- Sidikdə qan gəlirsə.
Prostat vəzinin böyüdüməsi əməliyyatında prostatın sidik kanalına böyüyən hissəsi qapalı TUR adlandırılan əməliyyat ilə kəsilir, təmizlənir. Çox böyük prostatlarda açıq əməliyyat ilə prostat çıxardılır.