Erkən Boşalma
Erkən boşalma (tez boşalma), penisin vaginaya daxil olmasından əvvəl, ya da dərhal sonra boşalmasıdır. Erkən boşalma diaqnozunu qoyulması üçün şəxsin cinsi yetkinlik yaşında olması və müəyyən sıxlıqda cinsi əlaqədə olması lazımdır.
Erkən boşalma kişidə ən sıx görülən cinsi funksiya pozğunluğudur, hər 3-4 kişidən birində görülə bilər.
Boşalma üzərində nəzarət zamanla və cinsi təcrübə ilə əldə edilir. Bu bir növ öyrənmə prosesidir. Bununla yanaşı bəzi amillər erkən boşalma probleminə yol açır. Məsələn, cinsi əlaqənin gec baş verməsi, cinsi təcrübənin kifayət qədər olmaması, cinsi əlaqə indeksli münasibət, qayğılı şəraitdə cinsi əlaqə, boşalmağı hədəf seçən seksuallıq kimi hallar boşalma nəzarətinin öyrənilməsini çətinləşdirir. Bunlar arasında ən vacib amil qayğıdır.
Cinsi əlaqə baş verərkən qayğı nə qədər çox olsa, öyrənmə prosesi o qədər axsayır.
Erkən boşalması olan kişilərdə problem ilk başda yüngül olub vaxtla şiddətlənə bilər. Son zamanlarda erkən boşalma diaqnozu üçün cinsi əlaqə müddətinin 1 dəqiqənin altına olması şərti irəli sürülmüşdür.
Erkən boşalmanın ən ağır forması cinsi əlaqə baş vermədən, ya da ön sevişmə əsnasında boşalmanın olmasıdır.
Erkən boşalma zamanla həm kişinin, həm də partnerinin seksuallığına və qeyri-seksual həyatına mənfi təsir göstərə bilər. Bu problem əsasən başqa cinsi problemlərə də yol açar. Kişilərdə ən çox cinsi istəksizlik və sərtləşmə problemlərinə səbəb ola bilər.
Bəzi hallarda kişilər erkən boşalma problemlərini partnerlərinə hiss etdirməməyə çalışırlar. Bu isə cüt arasında ünsiyyət problemlərinə və müvafiq cinsi problemlərə yol aça bilər.
Uzman Uroloq Androloq – Op. Dr.Pərviz Hacıyev
Zəng et məsləhət al: 050 444 30 35 (whatsapp)