Sistin Daşları

Uşaqlarda Sistin daşları 

Sistinuriya, sistin daşının meydana gəlməsinin səbəbidir və uşaqlarda bütün sidik daşlarının təxmini olaraq 2-6% -ni təşkil edir. Sistinuriya böyrəklərdən dörd əsas amin turşularını: sistin, ornitin, lizin və argininin reabsorbsiyası uğursuzluğu ilə xarakterizə olunan xəstəlikdir.
Bu dörd amin turşusundan yalnız Sistin sidikdə zəif həllolma qabiliyyətinə malikdir, beləliklə sidikdə həddindən artıq sistin asanlıqla kristallaşır və sidik yollarında sistin daşlarının əmələgəlməsinə səbəb olur.
 Sistin həll qabiliyyəti pH-yə bağlıdır, sistin çöküntüləri pH səviyyəsində <7.0 başlayır.
Qarışıq tərkibli daşların (mix tip daşlar) meydana gəlməsinə səbəb olan hiperkalsiuriya, hipositraturiya və hiperurikozuriya kimi digər metabolik problemlər sistinuriya ilə birlikdə də müşayiət oluna bilər.
Sistin daşları zəif bir radiopaqdır və rentgen görüntülərində ya görülməz ya zəyif görülər.
Səs dalqasıyla (ESWL) parçalanıb təmizlənməsi çətin olan daşlardır. Daş varsa əksər halda əməliyyat ehtiyacı yaranır.
Sistin daşları üçün tibbi müalicə sidikdə sistinin saturasiyasını azaltmaq və həll olunma qabiliyyətini artırmaqdır. Gündəlik kifayət qədər mayə qəbulu çox əhəmiyyətlidir, bundan əlavə olaraq kalium sitrat kimi qələviləşdirici maddələrin istifadəsi ilə daş əmələ gəlmə ehtimalını azaldmaqdadır. Bu müalicə nəticəsiz qalsa əlavə dərmanlardan istifadə olunur.
Bu parıldayan sistin daşın görüntüsüdür.
7 yaşında balaca qızımızda sidik axarında olan sistin daşın qapalə əməliyyat videosu.
Uşaqlarda olduqca nadir görülən bu növ daşlar əksər halda əməliyyat tələb edir və təkrarlanma qabiliyyətinə malikdir.
Daşın tərkibi analiz nəticəsində bilinir amma əməliyyat edərkən kəskin kükürd qoxusu sistin daşı üçün spesifikdir.