Sidik axarı reflyuksunda açıq əməliyyat (Ureteroneosistostomiya)

Hansı xəstələrə cərrahi müalicə tələb olunur?

Sidik axarı reflyuksun müalicəsində xəstənin yaşına, reflyuksun dərəcəsinə və təkrarlayan infeksiyalarına nəzərə alınaraq qərar verilir. Ümumiyyətlə qoruyucu antibiotik müalicəsi altında təkrarlayan sidik yolları infeksiyası olan uşaqlar, əhəmiyyətli anadangəlmə inkişaf qüsüru və ya anomaliyaları olan uşaqlar, təqib və qoruyucu antibiotik müalicəsinə uyğunlaşma problemi yaşayan hallarda cərrahi müalicəyə qərarı verilir. Bu xəstəlikdə cərrahi müalicənin məqsədi reflyuksu tamamilə ortadan qaldırmaq və reflyuksla əlaqəli riskləri (böyrək zədəsi, yüksək təzyiq, böyrək çatışmazlığı) minimuma endirməkdir. Cərrahi müalicə üsulları içində endoskopik və açıq cərrahı texnikalar var. Bu bölmədə açıq əməliyyat haqqında məlumat verilməkdədir.

Əməliyyatdan əvvəl nəyə diqqət etmək lazımdır?

Anesteziya müayinəsi zamanı denilən aclıq müddətinə riayət edilməlidir. Göstərilən vaxtdan sonra uşaq qidalanırsa və su içərsə, əməliyyat ləğv edilə bilər. Əməliyyatdan 1 həftə əvvəl hər hansı bir xəstəlik əlaməti (qızdırma, burun axması və s.) meydana gəlsə, dərhal həkimə məlumat verilməlidir. Əməliyyatdan əvvəl 7-10 gün ərzində aspirin istifadə edilməməlidir.

Sidik axarı reflyuksun cərrahi əməliyyatı necə icra edilir?

Əməliyyat zamanı qarın alt hissəsinə 4-5 sm kəsik icra edilir. Proses təxminən 2 saat davam edir. Əməliyyatda sidik axarı sidik kisəsinə reflyuks olmayacaq şəkildə təkrar ağızlaşdırılaraq klapan düzəldilir. Əməliyyat sonunda sidik kisəsinə kateter yerləşdirilir və bir ədəd dren qoyula bilər. Bəzi hallarda, sidik axarına stent də yerləşdirilə bilər.

Əməliyyatdan sonrakı dövrdə nə gözlənilir?

Əməliyyatdan sonra erkən dövrdə uşağa venadaxili maye, antibiotiklər və ağrı kəsicilər verilir. Kafi səviyyədə maye alışı və bəslənmə başladığında bütün dərmanlar ağızdan verilir. Əməliyyatdan sonrakı dövrdə sidik kisəsinin spazmları ola bilər. Bu spamzlar çox narahatçılığa səbəb olarsa, bu spazmları azaltmaq üçün xüsusi dərmanlardan istifadə olunur. Uşaqların böyük qisimində erkən dövrdə iştah azlığı müşahidə edilməkdədir; lakin, adekvat sidik çıxışını təmin etmək üçün maye almaq vacibdir. Adətən uşaqlar bir dəfədə çox miqdarda maye almaq istəməzlər; bunu yerinə tez-tez fasilələrlə az miqdarda maye vermək kafi olmaqdadır.

Əməliyyatdan sonra sidik rəngi qanlı olacaq. Bu normaldır və 10-14 günə qədər azalaraq davam edə bilər. Laxta meydana gəlməsinin qarşısını almaq üçün kifayət qədər maye qəbulunu təmin etmək vacibdir.

Kateter əməliyyatdan sonra nə vaxt çıxarılır?

Adətən kateter 2-3 gün ərzində alınır. Kateteri çıxardıqdan sonra tez-tez sidiyə çıxma, ara-ara qanlı sidik və sidik qaçırma ola bilər. Sidik kisəsinin sağalması ilə bu şikayətlər 2-3 həftə içində yox olur.

Xəstəxanada qalma müddəti nə qədərdir?

Adətən xəstəxanada qalma müddəti 2-3 gündür.

Xəstəxanadan çixdıqdan sonra hansı dərmanlar istifadə ediləcək? 

Ağızdan qəbul ediləcək antibiotik və ağrı kəsiciləri yazılacaq. Qısamüddətli istifadə üçün. Təyin olunmuş antibiotik bitdikdən sonra, aşağı dozalı qoruyucu antibiotik, bir müddət daha istifadə ediləcəkdir.

Çimmək və normal fiziki fəaliyyətə nə vaxt qayıdmaq olar?

Evə getdikdən 3-4 gün sonra çimmək olar. İdman, velosiped və üzgüçülük kimi fəaliyyətlərin 2-3 həftə ərzində aparılmaması tövsiyə olunur.

Təqib necə olacaq?  Stent nə zaman çıxarılacaq

Xəstəxanadan çıxdıqdan 3-4 gün sonra yara yeri yoxlanılır. Əməliyyatdan 4-6 həftə sonra sidik sisteminin ultrasəs müayinəsi planlaşdırılır. Əgər əməliyyatda sidik axarında stent yerləşdirilibsə, təxmini 4 həftə sonra qapalı olaraq sidik kanalı vasitəsiylə  5 dəqiqəlik sedasiya altında stent çıxardılacaqdır.

Cərrahiyyənin uğuru və fəsadları nədir?

Cərrahi müalicənin uğuru yüksəkdir və 96-98%-ə qədər çatmaqdadır. Əməliyyatdan sonrakı ağırlaşmaların 2% reflyuksun təkrarlanması və 2% sidik axarında darlıq ola bilməktədir. Nadir hallarda birtərəfli əməliyyatdan sonra təqib zamanı digər tərəfdə reflyuks meydana gələ bilər.

Təqib  zamanı infeksiya yenidən baş verirmi?

Uğurlu cərrahi müalicədən sonra belə  nadir hallarda uşaqlarda sidik yolu infeksiyası ola bilər. Fərq ondadır ki, reflyuks olmadığı üçün yoluxmuş sidik böyrəklərə çatmır, böyrək zədələnməsi baş vermir. Mütəmadi olaraq rejimli 2-3 saatdan bir sidiyə çıxmaq və qəbiz olmamaq çox vacibdir. Sidik yolları infeksiyasından şübhələnsəniz, dərhal sidik analizi və sidiyin əkilməsini verməli və həkimə müraciət edilməlidir.

Sidik axarı Reflyuksu haqqinda ətrafli məlumat üçün

Recommended Posts

No comment yet, add your voice below!


Add a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir