Sidik axarı reflyuksunda açıq əməliyyat (Ureteroneosistostomiya)

Sidik axarı reflyuksunda açıq əməliyyat (Ureteroneosistostomiya)

Hansı xəstələrə cərrahi müalicə tələb olunur?

Sidik axarı reflyuksun müalicəsində xəstənin yaşına, reflyuksun dərəcəsinə və təkrarlayan infeksiyalarına nəzərə alınaraq qərar verilir. Ümumiyyətlə qoruyucu antibiotik müalicəsi altında təkrarlayan sidik yolları infeksiyası olan uşaqlar, əhəmiyyətli anadangəlmə inkişaf qüsüru və ya anomaliyaları olan uşaqlar, təqib və qoruyucu antibiotik müalicəsinə uyğunlaşma problemi yaşayan hallarda cərrahi müalicəyə qərarı verilir. Bu xəstəlikdə cərrahi müalicənin məqsədi reflyuksu tamamilə ortadan qaldırmaq və reflyuksla əlaqəli riskləri (böyrək zədəsi, yüksək təzyiq, böyrək çatışmazlığı) minimuma endirməkdir. Cərrahi müalicə üsulları içində endoskopik və açıq cərrahı texnikalar var. Bu bölmədə açıq əməliyyat haqqında məlumat verilməkdədir.

Əməliyyatdan əvvəl nəyə diqqət etmək lazımdır?

Anesteziya müayinəsi zamanı denilən aclıq müddətinə riayət edilməlidir. Göstərilən vaxtdan sonra uşaq qidalanırsa və su içərsə, əməliyyat ləğv edilə bilər. Əməliyyatdan 1 həftə əvvəl hər hansı bir xəstəlik əlaməti (qızdırma, burun axması və s.) meydana gəlsə, dərhal həkimə məlumat verilməlidir. Əməliyyatdan əvvəl 7-10 gün ərzində aspirin istifadə edilməməlidir.

Sidik axarı reflyuksun cərrahi əməliyyatı necə icra edilir?

Əməliyyat zamanı qarın alt hissəsinə 4-5 sm kəsik icra edilir. Proses təxminən 2 saat davam edir. Əməliyyatda sidik axarı sidik kisəsinə reflyuks olmayacaq şəkildə təkrar ağızlaşdırılaraq klapan düzəldilir. Əməliyyat sonunda sidik kisəsinə kateter yerləşdirilir və bir ədəd dren qoyula bilər. Bəzi hallarda, sidik axarına stent də yerləşdirilə bilər.

Əməliyyatdan sonrakı dövrdə nə gözlənilir?

Əməliyyatdan sonra erkən dövrdə uşağa venadaxili maye, antibiotiklər və ağrı kəsicilər verilir. Kafi səviyyədə maye alışı və bəslənmə başladığında bütün dərmanlar ağızdan verilir. Əməliyyatdan sonrakı dövrdə sidik kisəsinin spazmları ola bilər. Bu spamzlar çox narahatçılığa səbəb olarsa, bu spazmları azaltmaq üçün xüsusi dərmanlardan istifadə olunur. Uşaqların böyük qisimində erkən dövrdə iştah azlığı müşahidə edilməkdədir; lakin, adekvat sidik çıxışını təmin etmək üçün maye almaq vacibdir. Adətən uşaqlar bir dəfədə çox miqdarda maye almaq istəməzlər; bunu yerinə tez-tez fasilələrlə az miqdarda maye vermək kafi olmaqdadır.

Əməliyyatdan sonra sidik rəngi qanlı olacaq. Bu normaldır və 10-14 günə qədər azalaraq davam edə bilər. Laxta meydana gəlməsinin qarşısını almaq üçün kifayət qədər maye qəbulunu təmin etmək vacibdir.

Kateter əməliyyatdan sonra nə vaxt çıxarılır?

Adətən kateter 2-3 gün ərzində alınır. Kateteri çıxardıqdan sonra tez-tez sidiyə çıxma, ara-ara qanlı sidik və sidik qaçırma ola bilər. Sidik kisəsinin sağalması ilə bu şikayətlər 2-3 həftə içində yox olur.

Xəstəxanada qalma müddəti nə qədərdir?

Adətən xəstəxanada qalma müddəti 2-3 gündür.

Xəstəxanadan çixdıqdan sonra hansı dərmanlar istifadə ediləcək? 

Ağızdan qəbul ediləcək antibiotik və ağrı kəsiciləri yazılacaq. Qısamüddətli istifadə üçün. Təyin olunmuş antibiotik bitdikdən sonra, aşağı dozalı qoruyucu antibiotik, bir müddət daha istifadə ediləcəkdir.

Çimmək və normal fiziki fəaliyyətə nə vaxt qayıdmaq olar?

Evə getdikdən 3-4 gün sonra çimmək olar. İdman, velosiped və üzgüçülük kimi fəaliyyətlərin 2-3 həftə ərzində aparılmaması tövsiyə olunur.

Təqib necə olacaq?  Stent nə zaman çıxarılacaq

Xəstəxanadan çıxdıqdan 3-4 gün sonra yara yeri yoxlanılır. Əməliyyatdan 4-6 həftə sonra sidik sisteminin ultrasəs müayinəsi planlaşdırılır. Əgər əməliyyatda sidik axarında stent yerləşdirilibsə, təxmini 4 həftə sonra qapalı olaraq sidik kanalı vasitəsiylə  5 dəqiqəlik sedasiya altında stent çıxardılacaqdır.

Cərrahiyyənin uğuru və fəsadları nədir?

Cərrahi müalicənin uğuru yüksəkdir və 96-98%-ə qədər çatmaqdadır. Əməliyyatdan sonrakı ağırlaşmaların 2% reflyuksun təkrarlanması və 2% sidik axarında darlıq ola bilməktədir. Nadir hallarda birtərəfli əməliyyatdan sonra təqib zamanı digər tərəfdə reflyuks meydana gələ bilər.

Təqib  zamanı infeksiya yenidən baş verirmi?

Uğurlu cərrahi müalicədən sonra belə  nadir hallarda uşaqlarda sidik yolu infeksiyası ola bilər. Fərq ondadır ki, reflyuks olmadığı üçün yoluxmuş sidik böyrəklərə çatmır, böyrək zədələnməsi baş vermir. Mütəmadi olaraq rejimli 2-3 saatdan bir sidiyə çıxmaq və qəbiz olmamaq çox vacibdir. Sidik yolları infeksiyasından şübhələnsəniz, dərhal sidik analizi və sidiyin əkilməsini verməli və həkimə müraciət edilməlidir.

Sidik axarı Reflyuksu haqqinda ətrafli məlumat üçün

Sidiklik-sidik axarı reflyuksun endoskopik korreksiyası

Sidiklik-sidik axarı reflyuksun endoskopik korreksiyası (Vesicoureteral reflyuks gel yeridilməsi)

Hansı xəstələrə cərrahi müalicə tələb olunur?

Sidik axarı reflyuksun müalicəsində xəstənin yaşına, reflyuksun dərəcəsinə və təkrarlayan infeksiyalarına nəzərə alınaraq qərar verilir. Ümumiyyətlə qoruyucu antibiotik müalicəsi altında təkrarlayan sidik yolları infeksiyası olan uşaqlar, əhəmiyyətli anadangəlmə inkişaf qüsüru və ya anomaliyaları olan uşaqlar, təqib və qoruyucu antibiotik müalicəsinə uyğunlaşma problemi yaşayan hallarda cərrahi müalicəyə qərarı verilir. Bu xəstəlikdə cərrahi müalicənin məqsədi reflyuksu tamamilə ortadan qaldırmaq və reflyuksla əlaqəli riskləri (böyrək zədəsi, yüksək təzyiq, böyrək çatışmazlığı) minimuma endirməkdir. Cərrahi müalicə üsulları içində endoskopik və açıq cərrahı texnikalar var. Bu yazıda Sidiklik-sidik axarı reflyuksun endoskopik korreksiyası haqqında məlumat verilməkdədir.

Endoskopik gel necə tətbiq olunur?

Endoskopik texnikada, ümumi anesteziya altında, sidik kisəsi sistoskop adlanan kiçik bir kamera ilə (sidik kisəni görməyə imkan verən endoskopiya növü) daxil edilir. Sidik axarlarına sidik kisəsinə daxil olduğu nöqtədə material vurulur. Beləliklə, bu bölgədə bir qabar meydana gəlir və sidiyin sidik axarına geri qaçmasının qarşısını almaq məqsədi daşıyır. Proses təxminən 15-20 dəqiqə çəkir. Xəstəxanada qalmağa ehtiyac olmur  və ambulator bir prosedur kimi tətbiq olunur. Xəstə eyni gün bir neçə saat sonra evə göndərilir.

Prosedurdan sonra nə gözləmək olar? 

Əməliyyatdan sonrakı 1-2 saat müddətində anesteziyaya bağlı yüngül yuxu, başgicəllənmə, ürək bulanması və qusmaya görülə bilər. Bu vəziyyət sürətlə yaxşılaşır. Ağızdan qidalanma maye (su, meyvə suyu) ilə başlanır və qusma olmazsa, əməliyyat günü axşam normal pəhriz qəbul edilə bilər. Əməliyyatdan  24-48 saat sonra sidiyə gedəndə yanma və bir qədər çəhrayı rəngli sidik müşahidə etmək mümkündür. Sidiyə sıxışma və spazmlar baş verə bilər. Bu spazmlar ilk 24-48 saat ərzində ara-ara fasilələrlə müşahidə edilə bilər.

Prosedurdan sonra nə etmək lazımdır?

Əməliyyat günündə əməliyyatdan sonra istirahət etmək tövsiyə olunur. Sonraki gün normal fiziki fəaliyyətlər edilə bilər. Adekvat maye qəbulu təmin edilməlidir. İnfeksiyanın qarşısını almaq üçün radioloji müayinəyə qədər profilaktik antibiotiklərdən istifadə edilməlidir.

Təqib necə olacaq?

3 aydan sonra işəmə sistouretroqrafiya ilə reflyuksun vəziyyətinə baxıla bilər.

Əməliyyatın uğuru nə qədərdir?

Endoskopik inyeksiya müalicəsinin uğuru reflyuksun dərəcəsindən asılı olaraq 60-80% -dir. Uğursuz hallarda yenidən inyeksiya həyata keçirilə bilər. Beləliklə, müvəffəqiyyət dərəcəsi artırıla bilər. 

Fəsadlar nələrdir?

Ümumiyyətlə endoskopik gel əməliyyatından sonra fəsad çox nadir hallarda baş verə bilər, və fəsadların əksəri minimaldır. Prosedurdan sonra infeksiya və qanaxma nadir hallarda görünə bilər. Çox nadir hallarda, inyeksiya edilmiş material sidik axarında daralmaya səbəb ola bilər. Uğursuz  və reflyuksun davamı hallarında, yuxarıda göstərildiyi kimi yenidən inyeksiya aparıla bilər. Endoskopik korreksiya ilə uğursuz olan uşaqlarda açıq cərrahi müalicə tətbiq oluna bilər.

Sidik axarı Reflyuksu haqqinda ətrafli məlumat üçün

Sidik axari reflyuksunda gel yeridilməsi videosu (double hit texnikasi ilə)

Sidik Yolları İnfeksiyası

İki və ya daha çox yüksək qızdırmalı sidik yolları infeksiyası keçirən uşaqların dörddə birində böyrəklərdə çapıq (yara,skar) əmələ gəlir.

JAMA-da yeni yayımlanan uşaqlarda sidik yolları infeksiyası və sidik axarı reflyuksu araşdıran 2 tədqiqatın ( RIVUR və CUTIE) analizi göstərib ki, keçirilən hər yüksək qızdırmalı sidik yolları infeksiyası böyrəklərdə qalıcı yaralar əmələ gətirir. 1 infeksiya sonrasında bu ehtimal 2.8% olub, 2 sidik yolları infeksiyası sonrası bu ehtimal 25.7% ə yüksəlir.

Unutmayin,

Əgər övladınızda yüksək hərarətli sidik yolları infeksiyası varsa və ya səbəbi açıqlanmayan yüksək hərarət varsa sidik analizi verin və sidik yolları infeksiyası varsa həkiminizə müraciət edin, müalicə etdirin və səbəbi araşdırılsın.

Uşaqların böyrəklərini qoruyun!!

1. https://jamanetwork.com/journals/jamapediatrics/article-abstract/2747329

2. https://repository.niddk.nih.gov/studies/cutie/?query=None

3. https://clinicaltrials.gov/ct2/show/NCT00405704