Gec yaşda hipospadiya

Böyüklərdə hipospadiya

Hipospadiyanin cərrahi müalicəsində məqsəd geriyə açılan sidik kanalı xarici dəliiyini uca getirmək ilə yanaşı əsas olan cinsiyyət üzvünün əyriliyini düzəldib ereksiya halında düz penis əldə etməkdir. Əməliyyat üçün ən uyğun yaş 6-18 ay arası olsa da, bəzən müxtəlif səbəbdən geç müraciət edən xəsətələr də mövcud olur. 

Niyə erkən yaşda əməliyyat etməyi tərcih edirik?

Çünkü o yaşda sağalma daha sürətli baş verir, xəstə uşaq bezində olur, əməliyyatın psixoloji təsirindən uşaq qorunmuş olur və ailə tərəfindən uşaq baxılmı daha asan mümkün olur.

Amma Hipospadiyanın əməliyyat ilə düzəldilməsi hər yaşda mümkündür.

Gec yaşda müraciət etmiş pasientlərin hipospadiyalar:

Hipospadiya haqqında ətraflı oxumaq üçün

Hipospadiya əməliyyatı necə olur izləmək üçün

Sünnət faydalıdır, Amma…

Sünnət faydalıdır, Amma…

Sünnət (Sirkumsiziya)  — bəzi cəmiyyətlərdə dini öhdəlik olaraq tətbiq edilsə də, Amerika Pediatriya Cəmiyyətinin (AAP) 2012-ci  ildə yayımladığı və sünnətin faydalarının zərərlərinə nisbətən  daha üstün olduğunu bildirən raportdan da bilindiyi kimi sünnətin tibbi faydaları da mövcuddur. (1)

Sunnət

Tədqiqatlar göstərib ki, həyatının ilk ilində, sünnət olunmamış oğlan uşaqları arasında sidik yolları  infeksiyasının  əmələgəlmə ehtimalı sünnət olunmuş oğlan uşaqları ilə müqayisədə 10 qat daha yüksəkdir. (2-4)

Sünnət dərisi iltihabi dəri xəstəliklərinin yaranmasına da əlverişli şərait yaradır. Belə ki, balanit, balanopostit, fimoz, parafimoz kimi problemlər sünnətsiz uşaqlarda daha çox müşahidə olunur. (5-6)

Sünnət prosesini başa vurmuş,  cinsi aktivlik yaşına çatan kişilərdə isə QİÇS, HPV, Sifiliz, Herpes kimi cinsi yolla keçən  xəstəliklərə yoluxma riski sünnətsizlərə nisbətdə aşağı olur.  (7-12)

Sünnət kişilərdə cinsiyyət orqanının xərçəngi  riskini azaldır. Eyni zamanda sünnətli kişilərin cinsi təmasda olduqları qadınlarda uşaqlıq ağzı (serviks) xərçəngi riskinin azaldığı müşahidə olunub. (13-16)

Sünnətin cinsi funksiyaya və erkən boşalmaya mənfi təsirinin olmadığı  da göstərilib.

Belə ki, 40,473 sayda kişidə sünnətin cinsi funksiyaya təsirini tədqiq edən 36 araşdırmanın meta-analizi göstərir ki, kişi sünnətinin  cinsi funksiyaya, həssaslığa, cinsi istək və ya məmnuniyyətinə mənfi təsiri yoxdur. (17)  2016-cı ildə yayımlanan  başqa bir sistematik icmalın nəticəsində də sünnətin cinsi funksiyaya mənfi təsiri göstərilməmişdir. (18)

Həmçinin 2018-ci ildə  yayımlanan, 10019 sünnətli və 11570 sünnətsiz kişiləri araşdıran 12 tədqiqatın meta-analizində də sünnətin erkən boşalmaya səbəb olmadığı göstərilib. (19)

Sünnət ilə əlaqəli  bir çox elmi araşdırma olsa da, yuxarıda qeyd olunanlar mövzu ilə əlaqəli dərc olunmuş məqalələrdən ən önəmliləridir. Qeyd olunan məlumatlar sübutların etibarlılıq dərəcəsi yüksək olan meta-analiz, sistematik icmal və ya randomizasiya olunmuş klinik tədqiqatların nəticələridir.

Tədqiqatlar göstərir ki, cərrahi sünnət tibbi baxımdan faydalıdır.

Amma..

Amma unutmaq olmaz ki,  sünnət cərrahi prosedurdur  və hər cərrahi prosedur kimi onun da özünə xas risk və fəsadları mövcuddur.  Kişilərin 98%-i sünnət  olununan ölkəmizdə bu qədər sıx tətbiq edilən cərrahi prosedur təəssüf ki, hər zaman təcrübəli mütəxxəsislər tərəfindən icra edilmir. Bu da öz növbəsində fəsadların görülmə ehtimalını artırır.

Sünnət əməliyyatını düzgün edilməməsi hansı problemlərə yol aça bilər?

Sünnətdən sonra  erkən və ya gec görülən yüngül fəsadlarla yanaşı, qalıcı və dönüşü olmayan fəsadlar da müşahidə oluna bilər.(20-22)

Təcrübəsiz əllərdə fəsadların görülmə ehtimalı yüksəkdir. Bunlar;

  • Qanama və infeksiya;
  • Sidik kanalının ucunda daralma, sünnət dərisində yapışıqlıqlar;
  • Gömülən penis (gizli penis) qasıqüstü piy toxuması çox olan və bu problem nəzərə alınmadan sünnət edilən uşaqlarda cinsiyyət üzvü gömülə bilər, hətta sünnət dərisi içində boğula bilər; (entrapped)
  • Sünnət dərisinin çox kəsilməsi ilə bağlı problemlər;
  • Diqqətsizlik nəticəsində cinsiyyət orqanının baş hissəsinin zərər görməsi;
  • Sidik yolunun zədələnməsi və bənzer  ciddi fəsadlar;
  • Yerli keyitmə üçün istifadə olunan anestetik maddənin düzgün dozada seçilməməsi nəticəsində əmələ gələn ciddi fəsadlar;
  • Qanamanı kontrol altında tutmaq üçün istifadə olunan alətlərin düzgün seçilməməsi (monopolar koter, “lazerlə sünnət”  və.s) ;
  • Sünnət olunacaq uşaqla düzgün ünsiyyətin qurulmaması və düzgün yaş həddinin  seçilməməsi nəticəsində yaranan psixoloji mənfi təsirlər;
  • Kosmetik və estetik fəsadlar.

Valideynlərə məsləhətlər:

  • Toplu (kütləvi) keçirilən  sünnətlərdən qaçının, çünki toplu sünnətlərdə fəsadların yaranma ehtimalı qismən daha yüksəkdir.
  • Sünnət etdirmək üçün tələsməyin! düzgün yaş seçin, çünki 3-5 yaşlı uşaqlara sünnətin nə olduğunu, niyə edildiyini başa salmaq və uşaqdan anlayış gözləmək çox çətindir. Buna görə də, uşaq 6 yaşdan böyükdürsə, sünnət və proseduru sadə dildə qavrayırsa, istisna vəziyyət  yoxdursa, sünnət etdirmək olar.
  • Evdə və ya gigiyenaya riayət edilməyən müxtəlif yerlərdə, eyni zamanda qeyri-professional şəxslərə (“dəlləklərə”) sünnət etdirməyin!
  • Uşağın yaşından asılı olmayaraq o, ağrı hiss edə bilər, bu səbəblə ya yerli, ya da ümümi anesteziya altında sünnət etdirin.
  • Ən əsası, sünnətdən öncə mütləq müayinə etdirin. Cinsiyyət üzvündə və xayalarda hər hansı problemin olub olmadığı əməliyyatdan öncə bilinməlidir. Bunlar enməmiş xaya, hipospadiya (peyğəmbər sünnəti, doğuşdan yarımsünnətli) kimi uroqenital  anomaliyalardır. Həkim bunu öncədən aşkar etməli, ailəyə məlumat verməli və bu xəstəliklərin cərrahi yolla düzəlməsinə uyğun vaxt ayırmalıdır.

Sünnət əməliyyatdır, küçümsəməyin! Çünki bu əməliyyat  geri dönüşü olmayan fəsadlara səbəb ola bilər! Uyğun yaş seçin və sünnət üçün professional mütəxəssislərə müraciət edin.

Op. Dr. Pərviz Hacıyev, FEAPU – Uşaq Urologiyası Uzmanı – www.uroloq.com

Yuxarıda qeyd olunan tibbi məlumatların qaynaqları:

  1. Male circumcision. Pediatrics. 2012 Sep;130(3):e756-85. doi: 10.1542/peds.2012-1990. Epub 2012 Aug 27. American Academy of Pediatrics Task Force on Circumcision. Blank S, Brady M, Buerk E, Carlo W, Diekema D, Freedman A, Maxwell L, Wegner S, LeBaron C, Atwood L, Craigo S, Flinn SK, Janowsky EC, Zimmerman EP. https://www.ncbi.nlm.nih.gov/pubmed/22926175
  2. Circumcision and lifetime risk of urinary tract infection: a systematic review and meta-analysis.  J Urol. 2013 Jun;189(6):2118-24. doi: 10.1016/j.juro.2012.11.114. Epub 2012 Nov 28. Morris BJ, Wiswell TE. https://www.ncbi.nlm.nih.gov/pubmed/23201382
  3. Cohort study on circumcision of newborn boys and subsequent risk of urinary-tract infection. To T, Agha M, Dick PT, Feldman W. Lancet. 1998 Dec https://www.ncbi.nlm.nih.gov/pubmed/9851381
  4. Urinary Tract Infections and Circumcision A Case-Control Study Lynn W. Herzog, MD, MPH Am J Dis Child. 1989;143(3):348-350. doi:10.1001/archpedi.1989.02150150106026 https://jamanetwork.com/journals/jamapediatrics/article-abstract/514525
  5. Foreskin Morbidity in Uncircumcised Males. Pediatrics. 2016 May; Sneppen I, Thorup J, https://www.ncbi.nlm.nih.gov/pubmed/27244821/
  6. Penile Inflammatory Skin Disorders and the Preventive Role of Circumcision Morris BJ, Krieger JN2 nt J Prev Med. 2017 May 4;8:32. doi: 10.4103/ijpvm.IJPVM_377_16.  https://www.ncbi.nlm.nih.gov/pubmed/28567234
  7. Male circumcision and genital human papillomavirus: a systematic review and meta-analysis. Albero G, Castellsagué X, Giuliano AR, Bosch FX. Sex Transm Dis. 2012 Feb  https://www.ncbi.nlm.nih.gov/pubmed/22249298/
  8. Cost-effectiveness of newborn circumcision in reducing lifetime HIV risk among U.S. males. Sansom SL, Prabhu VS, Hutchinson AB, An Q, Hall HI, Shrestha RK, Lasry A, Taylor AW. PLoS One. 2010 Jan 18;5(1):e8723. doi: 10.1371/journal.pone.0008723. https://www.ncbi.nlm.nih.gov/pubmed/20090910/
  9. Circumcision Status and Risk of HIV Acquisition during Heterosexual Intercourse for Both Males and Females: A Meta-Analysis. Lei JH, Liu LR, Wei Q, Yan SB, Yang L, Song TR, Yuan HC, Lv X, Han P. PLoS One. 2015 https://www.ncbi.nlm.nih.gov/pubmed/25942703
  10. Male circumcision for the prevention of human immunodeficiency virus (HIV) acquisition: a meta-analysis. Sharma SC, Raison N, Khan S, Shabbir M, Dasgupta P, Ahmed K. BJU Int. 2018 https://www.ncbi.nlm.nih.gov/pubmed/29232046
  11. The biology of how circumcision reduces HIV susceptibility: broader implications for the prevention field. Prodger JL, Kaul R. AIDS Res Ther. 2017 Sep https://www.ncbi.nlm.nih.gov/pubmed/28893286
  12. Male circumcision and risk of syphilis, chancroid, and genital herpes: a systematic review and meta-analysis. Weiss HA, Thomas SL, Munabi SK, Hayes RJ. Sex Transm Infect. 2006 Apr; https://www.ncbi.nlm.nih.gov/pubmed/16581731/
  13. Male circumcision and penile cancer: a systematic review and meta-analysis. Larke NL, Thomas SL, dos Santos Silva I, Weiss HA. Cancer Causes Control. 2011 Aug;22 https://www.ncbi.nlm.nih.gov/pubmed/21695385/
  14. The Strong Protective Effect of Circumcision against Cancer of the Penis. Morris BJ, Gray RH, Castellsague X, Bosch FX, Halperin DT, Waskett JH, Hankins CA. Adv Urol. 2011 https://www.ncbi.nlm.nih.gov/pubmed/21687572
  15. Male circumcision, penile human papillomavirus infection, and cervical cancer in female partners. Castellsagué X, Bosch FX, Muñoz N N Engl J Med. 2002 Apr https://www.ncbi.nlm.nih.gov/pubmed/11948269
  16. Male circumcision, human papillomavirus and cervical cancer: from evidence to intervention.Bosch FX, Albero G, Castellsagué X. J Fam Plann Reprod Health Care. 2009 Jan https://www.ncbi.nlm.nih.gov/pubmed/19126309
  17. Does male circumcision affect sexual function, sensitivity, or satisfaction?–a systematic review. Morris BJ, Krieger JN. J Sex Med. 2013 Nov https://www.ncbi.nlm.nih.gov/pubmed/23937309
  18. Male circumcision does not result in inferior perceived male sexual function – a systematic review. Shabanzadeh DM, Düring S, Frimodt-Møller C. Dan Med J. 2016 Jul https://www.ncbi.nlm.nih.gov/pubmed/27399981
  19. Circumcision does not have effect on premature ejaculation: A systematic review and meta-analysis. Yang Y, Wang X, Bai Y, Han P. Andrologia. 2018 Mar https://www.ncbi.nlm.nih.gov/pubmed/28653427
  20. Complications of circumcision. Krill AJ, Palmer LS, Palmer JS. ScientificWorldJournal. 2011 https://www.ncbi.nlm.nih.gov/pubmed/22235177
  21. Complication rate after circumcision in a paediatric surgical setting should not be neglected. Thorup J, Thorup SC, Ifaoui IB. Dan Med J. 2013 Aug https://www.ncbi.nlm.nih.gov/pubmed/23905566
  22. Immediate Complications of Elective Newborn Circumcision. Heras A, Vallejo V, Pineda MI, Jacobs AJ, Cohen L. Hosp Pediatr. 2018 Oct https://www.ncbi.nlm.nih.gov/pubmed/30262594

Azərbaycanın ilk Avropa Sertifikatlı Uşaq Uroloqu

26 yanvar tarixində Belçikada Avropa Uşaq Urologiya Cəmiyyətinin Board imtahanlarını uğurla verərək “Avropa Board Certified” Uşaq Uroloqu adına layiq görülən ilk Azərbaycanlı olmanın qürurunu yaşayıram.

FEAPU (Fellow of the European Academy of Pediatric Urology): Bu ünvanı əldə etmək üçün ana uzmanlıq təhsilindən əlavə olaraq 3 il daha uşaq urologiyası sahəsində təhsil alınmalıdır, bu sahə ilə əlaqəli kifayət qədər əməliyyat etməli və elmi araşdırmalar aparılmalıdır. Bundan əlavə olaraq ESPU (Avropa Uşaq Urologiyası Cəmiyyəti)-nin imtahanlarını uğurla verilməlidir. https://www.espu.org/ebpu-mjc-pu-eapu

Avropa Uşaq Urologiyası Kursu Bakıda

ESPU 16.Beynəlxalq kursu 6 oktyabr tarixində Bakıda keçirildi. Avropa Uşaq Urologiyası Cəmiyyətinin hər il avropanın müxtəlif ölkələrində keçirilən kurs Dr.Pərviz Hacıyevin rəhbərliyi və təşkilatçılığı ilə Azərbaycan səhiyyə tarixində ilk dəfə olaraq Bakıda keçirildi.

Kursda avropanın müxtəlif şəhərlərindən qapabc ıl uşaq uroloqları məruzələr verdi. Kurs əsnasında 2 fərqli dilə sinxron tərcümə aparıldı. Uçaq urologiyası ilə bağlı elmi müzakirələrlə yanaşı qonaqlara ölkəmiz və mədəniyyətimizlə bağlı dolğun məlumat verildi. Kursu maraqlı edən ölkəmizdən olan dəyərli mütəxəssislər qatılması oldu.